Göylərdəki Allaha əllərimizi, Həm də ürəklərimizi açaq.
Mərsi̇yələr 3:41
Gündəlik İşıq
Göylərdəki Allaha əllərimizi, Həm də ürəklərimizi açaq.
Mərsi̇yələr 3:41
Allahımız Rəbbin misli varmı? Ucalardakı taxtında oturan, Göyə, yerə əyilərək baxan Odur.
Zəbur 113:5–6
Ya Rəbb, Sənə ürəyimi təqdim edirəm,
Zəbur 25:1
Sənə sarı əllərimi açmışam, Bir quraq torpaq kimi Sənin üçün susamışam. Sela Ya Rəbb, mənə tez cavab ver, Çünki ürəyim çəkilir. Üzünü məndən gizlətmə, Qoyma qəbirə düşən insanlara bənzəyim. Hər səhər məhəbbətini mənə hiss etdir, Çünki Sənə güvənirəm. Gedəcəyim yolu mənə öyrət, Çünki varlığımı Sənə verirəm.
Zəbur 143:6–8
Mənim dilim Səni tərənnüm edir, Məhəbbətin bu həyatdan gözəldir. Bütün ömrüm boyu Sənə alqış edəcəyəm, Əllərimi qaldırıb adınla Səni səsləyəcəyəm.
Zəbur 63:3–4
Bu bəndənin qəlbini sevindir, Ey Xudavənd, Sənə ürəyimi təqdim edirəm. Çünki Sən, ey Xudavənd, xeyirxahsan, bağışlayan Sənsən, Səni səsləyənlərin hamısı üçün məhəbbətin boldur.
Zəbur 86:4–5
və Mənim adımla hər nə diləsəniz, onu edəcəyəm ki, Ata Oğulda izzətlənsin.
Yəhya 14:13
Duma barəsində xəbərdarlıq: Bir nəfər Seirdən məni səsləyir: «Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb? Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb?»
Yeşaya 21:11
Zəmanəni, yuxudan ayılmaq vaxtınızın gəldiyini anlayaraq belə rəftar edin. Çünki indi xilasımız iman etdiyimiz vaxtda olduğundan daha yaxındır. Gecə keçdi, gündüz isə yaxınlaşdı; buna görə də qaranlığın əməllərini üzərimizdən ataq və nurun silahlarına bürünək.
Romalilara 13:11–12
Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır. Eləcə siz də bütün bu şeyləri görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır.
Matta 24:32–33
Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
Matta 24:35
Rəbbi gözləyirəm, döyünən ürəyim gözləyir, Onun sözünə ümid edirəm. Keşikçilər səhərin açılmasını gözlər, Bəli, keşikçilər səhərin açılmasını gözlər, Qəlbimsə bundan da çox Xudavəndin həsrətini çəkər.
Zəbur 130:5–6
Bunlara şəhadət edən deyir: «Bəli, tezliklə gəlirəm!» Amin. Gəl, ya Rəbb İsa!
Vəhy 22:20
Beləliklə, oyaq olun. Çünki siz nə günü, nə də saatı bilirsiniz.
Matta 25:13
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax5 sen 2026
4 sen 2026
3 sen 2026
2 sen 2026
1 sen 2026
31 avq 2026
30 avq 2026

Nuh
Nuhun imanı, salehliyi və itaətkarlığının bu gün oxşar pislik və mənəvi çətinliklərlə üzləşən möminlər üçün…
Xristologiya
İsanın Yəhya 14:6-dakı «Mənəm» bəyanatını və onun xilas, Allahla ünsiyyət, həqiqəti anlamaq və dolu bir həyat…

Qurtuluş
İsa tarixdəki ən radikal missiya üçün könüllü oldu – bəşəriyyətin xilası üçün həyatını qurban vermək üçün…

Əbədi Həyat
Rəbb İsa bizim ölü ruhlarımıza verəcəyi yeni bir həyat növündən danışdı. O, bunu bol həyat (Yəh. 10:10) və…

Ümid
Pavelin Roma səyahəti sükançının və gəmi sahibinin istədiyi kimi rəvan getmədi. Pavel hamısından yemək…

Yevangelizm
Müqəddəs Ruhun yer üzündəki vəzifəsi Məsihə izzət vermək və Məsihin şeylərini bizə və Onu rədd etmiş bu…