26 okt 2022
Gündəlik İşıq, 27 oktyabr: Bizim xəstəliklərimizi O çəkdi
Gündəlik İşıq
Bizim xəstəliklərimizi O çəkdi, Naxoşluqlarımızı Öz üzərinə götürdü.
Matta 8:17
Onda qoy kahin paklanan adam üçün iki pak diri quş, sidr ağacının budağı, al rəngli ip və züfa otu gətirməyi əmr etsin. Kahinin buyurduğuna görə quşların biri saxsı qabda axar su üzərində kəsilsin. Sonra kahin sağ qalan quşu, sidr ağacının budağını, al rəngli ipi və züfa otunu götürüb, axar suyun üzərində kəsilən quşun qanına batırsın. Sonra qoy cüzamdan paklanan adamın üstünə yeddi dəfə qanı çiləyib onu pak elan etsin. Sağ qalan quşu çölə buraxsın.
Levi̇li̇lər 14:4–7
Bir gün İsa şəhərlərin birində olarkən bütün bədəni cüzama tutulmuş bir kişi ilə rastlaşdı. Bu adam İsanı görüb üzüstə yerə qapanaraq yalvardı: «Ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən».
Luka 5:12
İsanın ona rəhmi gəldi. Əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan sağalıb pak oldu.
Mark 1:41–42
Lənətlədiyin şəxsin lənətli olduğunu bilirəm.
Saylar 22:6
Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır.
Matta 5:3
Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq. Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq. Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq. Nə bəxtiyardır mərhəmətli olanlar! Çünki onlara mərhəmət ediləcək. Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək. Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq. Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! Çünki Səmavi Padşahlıq onlarındır. İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız! Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür.
Matta 5:4–12
Allahın kəlamını eşidib ona riayət edənlər nə bəxtiyardır!
Luka 11:28
Xalatlarını günahdan təmizləyənlər nə bəxtiyardır! Bununla da həyat ağacından yeməyə icazələri olacaq, darvazalardan keçib şəhərə girəcəklər.
Vəhy 22:14
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax25 okt 2022
Matta 28:20 · Yəhya 14:21–23
24 okt 2022
Yunus 2:4 · Yeşaya 49:14–15
23 okt 2022
Luka 12:15 · Zəbur 37:16
22 okt 2022
Zəbur 108:1 · Zəbur 27:1
21 okt 2022
Yəhya 1:16 · Matta 17:5
20 okt 2022
Romalilara 7:22 · Zəbur 119:97
