14 noy 2022
Gündəlik İşıq, 15 noyabr: O, Ruhunu bizə girov verdi
Gündəlik İşıq
Sizi Oğlu Rəbbimiz İsa Məsihlə şərik olmağa çağıran Allah sadiqdir.
1 Kori̇nfli̇lərə 1:9
Ümid verən əqidədən möhkəm tutaq, çünki vəd verən Allah sadiqdir.
İbrani̇lərə 10:23
Belə ki Allah demişdi: «Mən aralarında yaşayıb-dolanacağam, Onların Allahı olacağam, Onlar da Mənim xalqım olacaq».
2 Kori̇nfli̇lərə 6:16
Bizim şərikliyimiz də Ata və Onun Oğlu İsa Məsihlədir.
1 Yəhya 1:3
Əksinə, Məsihin əzablarına nə qədər şərik olursunuzsa, o qədər sevinin ki, Onun izzətli zühurunda hədsiz sevinəsiniz.
1 Peter 4:13
Siz də məhəbbətdə kök salıb təməl qoyasınız, belə ki bütün müqəddəslərlə birlikdə Məsihin məhəbbətinin nə qədər geniş, uzun, uca və dərin olduğunu başa düşməyə, hər dərrakədən üstün olan bu məhəbbəti dərk etməyə gücünüz çatsın. Beləliklə, siz Allahın bütövlüyündə bütöv olasınız.
Efesli̇lərə 3:17–19
Kim iqrar edir ki, İsa Allahın Oğludur, Allah onda, o da Allahda qalır.
1 Yəhya 4:15
Onun əmrlərinə riayət edən şəxs Allahda, Allah da onda qalır.
1 Yəhya 3:24
Çünki biz Allahın yaratdığı əsərlərik.
Efesli̇lərə 2:10
Padşahın əmrinə görə işçilər məbədin bünövrəsini yonulmuş daşdan qoymaq üçün böyük və dəyərli daşlar kəsib gətirdilər.
Bi̇ri̇nci̇ Padşahlar 5:17
Məbədin tikilməsi üçün karxanada hazırlanan yonulmuş daşlar işlədilmişdi. Məbəddə tikinti zamanı nə gürzün, nə iskənənin, nə də başqa bir dəmir alətin səsi eşidildi.
Bi̇ri̇nci̇ Padşahlar 6:7
Özünüz də diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun.
1 Peter 2:5
Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz, guşədaşı isə Məsih İsa Özüdür. Bütün bina Onun üzərində birləşərək Rəbbə aid müqəddəs məbəd olmaq üçün ucalır. Siz də Ruh vasitəsilə Allahın məskəni olmaq üçün birlikdə Məsih üzərində tikilirsiniz.
Efesli̇lərə 2:20–22
Bir zamanlar xalq deyildiniz, amma indi Allahın xalqısınız.
1 Peter 2:10
Allahın tikilisisiniz.
1 Kori̇nfli̇lərə 3:9
Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər keçib-getdi, təzə şeylər gəldi.
2 Kori̇nfli̇lərə 5:17
Bizi məhz bunun üçün hazırlaşdıran Allahdır. O, Ruhunu bizə girov verdi.
2 Kori̇nfli̇lərə 5:5
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax13 noy 2022
Efesli̇lərə 5:25–26 · Efesli̇lərə 5:2
12 noy 2022
2 Kori̇nfli̇lərə 7:10 · Matta 26:75
11 noy 2022
Zəbur 78:53 · Süleymanin Məsəlləri̇ 8:20
10 noy 2022
Kolosseli̇lərə 1:10 · Romalilara 12:1–2
9 noy 2022
Zəbur 89:19 · Yeşaya 43:11
8 noy 2022
1 Saloni̇kli̇lərə 5:8 · 1 Peter 1:13
