1 yan 2023
Gündəlik İşıq, 2 yanvar: Ey dəniz səyyahları (Yeşaya 42:10)
Gündəlik İşıq
Ey dəniz səyyahları.
Yeşaya 42:10
Qüvvətimiz olan Allahı mədh edin, Yaqubun Allahına cuşa gəlib nida edin! İlahi oxuyun, Dəfi, xoş avazlı liranı və çəngi çalın.
Zəbur 81:1–2
Dilimə yeni bir nəğmə verdi, İlahi ilə Allahımıza həmd etdim. Bax nə qədər adam bunu görəcək, Qorxub Rəbbə güvənəcək.
Zəbur 40:3
Sənə möhkəm və cəsarətli olmağı əmr edən Mən deyiləmmi? Qorxma və ruhdan düşmə, çünki Allahın Rəbb gedəcəyin hər yerdə səninlədir.
Yeşua 1:9
Çünki Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir.
Nehemya 8:10
Paul onları görəndə Allaha şükür edib ürəkləndi.
Həvari̇ləri̇n İşləri̇ 28:15
Yuxudan ayılmaq vaxtınızın gəldiyini anlayaraq belə rəftar edin. Çünki indi xilasımız iman etdiyimiz vaxtda olduğundan daha yaxındır. Gecə keçdi, gündüz isə yaxınlaşdı; buna görə də qaranlığın əməllərini üzərimizdən ataq və nurun silahlarına bürünək. Gün işığında olduğu kimi ləyaqətlə həyat sürək; eyş-işrətə və sərxoşluğa, əxlaqsızlığa və pozğunluğa, münaqişəyə və qısqanclığa qapılmayaq. Əksinə, Rəbb İsa Məsihə bürünün və cismani təbiətinizin ehtiraslarına uymaq fikrində olmayın.
Romalilara 13:11–14
Qoy hüzurunda dualarım buxur kimi, Açılan əllərim axşam qurbanı kimi qəbul olunsun!
Zəbur 141:2
Əbrişim ağacından buxur yandırmaq üçün qurbangah düzəlt. Bu qurbangahı Şəhadət sandığının qarşısında olan pərdənin önünə – Mənim səninlə görüşəcəyim yerə, kəffarə qapağının önünə qoy. Harun qurbangahda ətirli buxur yandırsın. ... həm də axşamçağı çıraqları yandırdığı zaman onu yandırsın. Bu sizin üçün nəsildən-nəslə Rəbbin önündə daimi buxur təqdimidir.
Çixiş 30:1, 6–8
Buna görə O Özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir. Çünki O onlar üçün vəsatətçilik etməkdən ötrü həmişə yaşayır.
İbrani̇lərə 7:25
Buxurun tüstüsü müqəddəslərin duaları ilə birgə mələyin əlindən Allahın önünə yüksəldi.
Vəhy 8:4
Özünüz də diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun. Orada müqəddəs kahin dəstəsi olasınız və İsa Məsih vasitəsilə Allaha məqbul olan ruhani qurbanlar təqdim edəsiniz.
1 Peter 2:5
Durmadan dua edin.
1 Saloni̇kli̇lərə 5:17
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax31 dek 2022
Qanunun Təkrari 1:31 · Çixiş 19:4
30 dek 2022
1 Kori̇nfli̇lərə 1:8 · Kolosseli̇lərə 1:21–23
29 dek 2022
Efesli̇lərə 5:17 · 1 Saloni̇kli̇lərə 4:3
28 dek 2022
Mark 2:5 · Yeremya 31:34
27 dek 2022
2 Kori̇nfli̇lərə 4:18 · İbrani̇lərə 13:14
26 dek 2022
1 Kori̇nfli̇lərə 15:58 · 1 Kori̇nfli̇lərə 15:58
