İsa onların imanını görəndə iflic olan adama dedi: «Oğlum, günahların bağışlandı».
Mark 2:5
Gündəlik İşıq

İsa onların imanını görəndə iflic olan adama dedi: «Oğlum, günahların bağışlandı».
Mark 2:5
«Bundan sonra bir kəs öz qonşusunu yaxud qardaşını “Rəbbi tanıyın” deyib öyrətməyəcək. Ona görə ki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq. Çünki təqsirlərini bağışlayacağam, günahlarını daha yada salmayacağam» Rəbb belə bəyan edir.
Yeremya 31:34
«Bu Adam niyə belə danışır? Bu ki küfrdür! Tək Allahdan başqa günahları kim bağışlaya bilər?»
Mark 2:7
Mənəm Öz xatirimə görə sənin üsyankarlığını silən, Bəli, Mən günahlarını da yada salmaram.
Yeşaya 43:25
Üsyankarlığı bağışlanan, Günahı əfv olunan insan Nə bəxtiyardır! Rəbb tərəfindən təqsirkar sayılmayan, Qəlbində hiylə olmayan insan Nə bəxtiyardır!
Zəbur 32:1–2
Sağ qalan xalqının cəzasını aradan götürən, Üsyankarlığını bağışlayan Sənin kimi Allah varmı? Qəzəbini əbədi saxlamazsan, Çünki məhəbbət göstərməyi xoşlayırsan.
Mi̇keya 7:18
Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın.
Efesli̇lərə 4:32
O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin. O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi. Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı.
Yəhya 1:7–9
Nə qədər şərq qərbdən uzaqdırsa, Qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb.
Zəbur 103:12
Günah sizə hökmranlıq etməyəcək, ona görə ki siz Qanun altında deyil, lütf altındasınız.
Romalilara 6:14
Beləcə günahdan azad olub salehliyin qulu oldunuz.
Romalilara 6:18
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
27 dek 2022
2 Kori̇nfli̇lərə 4:18
26 dek 2022
1 Kori̇nfli̇lərə 15:58
25 dek 2022
Ti̇tə 3:4
24 dek 2022
Romalilara 8:13
23 dek 2022
Yeşaya 27:5
22 dek 2022
1 Saloni̇kli̇lərə 1:3
21 dek 2022
Yeşaya 60:20
Məsəllər
İsanın Matta 13-dəki Buğda və Alaq Otları məsəlini araşdırın. Onun mənasını, tarixi bütövlüyünü və bu gün…

Peyğəmbərlik
İsrailin gələcək iki məbədi haqqında Müqəddəs Kitab peyğəmbərliklərini araşdırın: Böyük Sıkıntı Məbədi və…
Müqəddəs Kitab Öyrənməsi
Allahın Kəlamını və onun qüdrətini yenidən kəşf edin. Padşah Yoşiyanın itirilmiş Qanun Kitabını tapmaq…

Peyğəmbərlik
İsrailin gələcək iki məbədi haqqında Müqəddəs Kitab peyğəmbərliklərini araşdırın: Böyük Sıkıntı Məbədi və…
Ruhani İnkişaf
Məsih möminin daimi sərvəti və gücüdür, onlara bütün çətinlikləri dəf etməyə imkan verir.
Missiyalar
Bütün xristianlar missionerdirmi? İsanı necə spontan şəkildə paylaşacağınızı və Allahın sizi qoyduğu hər…
Həvəsləndirmə
Xristianların müharibə və sıxıntı arasında belə İsa Məsihdə necə sülh və sevinc tapa biləcəyini kəşf edin…