21 dek 2022
Gündəlik İşıq, 22 dekabr: Çünki imandan yaranan əməllərinizi
Gündəlik İşıq
Çünki imandan yaranan əməllərinizi.
1 Saloni̇kli̇lərə 1:3
Allahın istədiyi iş budur: Onun göndərdiyi Şəxsə iman edin.
Yəhya 6:29
İman da elədir, əgər yaxşı əməlləri yoxdursa, özü-özlüyündə ölüdür.
Yaqub 2:17
əhəmiyyət kəsb edən isə məhəbbətlə fəal olan imandır.
Qalati̇yalilara 5:6
Öz cismani təbiəti üçün əkən, bu təbiətdən məhv biçəcək. Ruh üçün əkənsə Ruhdan əbədi həyat biçəcək.
Qalati̇yalilara 6:8
Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq.
Efesli̇lərə 2:10
O Özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın.
Ti̇tə 2:14
Qardaşlar, sizin üçün həmişə Allaha şükür etməliyik və belə etməyimiz yerinə düşər, çünki imanınız artdıqca artır və hamınızın bir-birinizə olan məhəbbəti çoxalır. Buna görə sizin üçün daim dua edirik ki, Allahımız sizi Öz çağırışına layiq görsün, hər yaxşı niyyətinizi və imandan asılı hər əməlinizi Öz qüdrəti ilə yerinə yetirsin.
2 Saloni̇kli̇lərə 1:3, 11
Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz.
Fi̇li̇pi̇li̇lərə 2:13
Rəbbin vəd etdiyi zühuru haradadır?
2 Peter 3:4
Adəmlə birlikdə yeddinci nəsil sayılan Xanok da bu adamlara aid peyğəmbərlik edərək demişdir: «Budur, Rəbb saysız-hesabsız müqəddəs mələkləri ilə gəldi ki, hamını mühakimə etsin və Allaha qarşı gördükləri allahsız işlər və allahsız günahkarların Özünə qarşı inadkarcasına dedikləri bütün sözlər üçün məhkum etsin».
Yəhuda 1:14–15
Budur, O, buludlarla gəlir! Hər göz Onu görəcək, Hətta Onun bədənini deşənlər də Onu görəcək. Yer üzünün bütün tayfaları Onun üçün ah-nalə edəcək. Bəli.
Vəhy 1:7
Rəbb Özü əmrini səsləndirməklə, baş mələyin sədası və Allahın şeypuru ilə göydən enəcək. Əvvəlcə Məsihdə olaraq ölənlər diriləcək. Ondan sonra sağ qalan bizlər Rəbbi havada qarşılamaq üçün onlarla birgə buludlar içində götürülüb-aparılacaq və beləcə daim Rəblə olacağıq.
1 Saloni̇kli̇lərə 4:16–17
Çünki Allahın bütün insanlara xilas gətirən lütfü zühur etdi. Bu lütf bizə allahsızlığı və dünyəvi ehtirasları rədd edib, bu dövrdə ağıllı-kamallı, saleh və möminliyə uyğun bir ömür sürməyi öyrədir. Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək.
Ti̇tə 2:11–13
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax20 dek 2022
Efesli̇lərə 1:4 · 2 Saloni̇kli̇lərə 2:13
19 dek 2022
Zəbur 112:4 · Yeşaya 50:10
18 dek 2022
İbrani̇lərə 4:16 · Fi̇li̇pi̇li̇lərə 4:6–7
17 dek 2022
Zəbur 80:18 · Yəhya 6:63
16 dek 2022
Yəhya 13:1 · Yəhya 17:9–10
15 dek 2022
Qalati̇yalilara 6:2 · Fi̇li̇pi̇li̇lərə 2:4–5
