20 dek 2022
Gündəlik İşıq, 21 dekabr: Sənin yaslı günlərin qurtaracaq
Gündəlik İşıq
Sənin yaslı günlərin qurtaracaq.
Yeşaya 60:20
Dünyada əziyyətiniz var, amma cəsarətli olun!
Yəhya 16:33
Bütün yaradılış indiyəcən birlikdə inildəyib doğuş ağrısı çəkir. Ancaq təkcə yaradılış yox, Ruhun nübarını alan biz özümüz də övladlığa qəbul olunmağımızı, yəni bədənimizin satın alınmasını gözləyərək içimizdə inildəyirik.
Romalilara 8:22–23
Bu dünyəvi çadırda ikən hamımız ağır yük altında inləyirik. Çünki soyunmamızı deyil, üstümüzün örtülməsini istəyirik ki, həyat fani şeyləri yeyib-udsun.
2 Kori̇nfli̇lərə 5:4
Bunlar böyük əziyyətdən keçib gələnlərdir. Onlar öz xalatlarını yuyub Quzunun qanı ilə ağartdılar. Buna görə də Onlar Allahın taxtının önündədir, Gecə-gündüz məbədində Ona ibadət edirlər. Taxtda Oturan da Onların üzərində məskən salacaq. Onlar bir daha nə ac, Nə də susuz qalacaq, Günəş və qızmar isti Onları vurmayacaq. Çünki taxtın ortasında olan Quzu Onların Çobanı olacaq, Onları həyat suyunun qaynaqlarına aparacaq, Allah onların bütün göz yaşlarını siləcək.
Vəhy 7:14–17
Axı biz həlak oluruq! Bu Səni narahat etmirmi?
Mark 4:38
Rəbb hamıya xeyirxahlıq edər, Yaratdıqlarının hər birinə mərhəmət göstərər.
Zəbur 145:9
Bütün canlılar da sizə qida olsun, onların hamısını bütün göy otlar kimi sizə verirəm.
Yaradiliş 9:3
Dünya durduqca Əkin-biçin, isti-soyuq, Yay-qış və gecə-gündüz Sona yetməyəcək.
Yaradiliş 8:22
Rəbb xeyirxahdır, dar gündə sığınacaqdır, Ona güvənənləri tanıyır.
Nahum 1:7
Allah uşağın səsini eşitdi. Allahın mələyi göylərdən Həcəri çağırıb dedi: «Sənə nə olub, Həcər? Qorxma, çünki uşağın oturduğu yerdən Allah onun səsini eşitdi. Allah Həcərin gözlərini açdı və o, bir su quyusu gördü. Gedib tuluğu su ilə dolduraraq uşağa içirtdi.
Yaradiliş 21:17, 19
Nə yeyəcəyik?”, “Nə içəcəyik?” və ya “Nə geyəcəyik? deyə qayğı çəkməyin ... Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir.
Matta 6:31–32
Zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bəsləsinlər.
1 Ti̇moteyə 6:17
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax19 dek 2022
Zəbur 112:4 · Yeşaya 50:10
18 dek 2022
İbrani̇lərə 4:16 · Fi̇li̇pi̇li̇lərə 4:6–7
17 dek 2022
Zəbur 80:18 · Yəhya 6:63
16 dek 2022
Yəhya 13:1 · Yəhya 17:9–10
15 dek 2022
Qalati̇yalilara 6:2 · Fi̇li̇pi̇li̇lərə 2:4–5
14 dek 2022
Zəbur 66:2 · Yeşaya 43:21
