Gündəlik İşıq, 7 may: Amma təlaşa düşməyin (Matta 24:6)

Gündəlik İşıq

Gündəlik İşıq

Siz müharibələr və müharibə xəbərləri eşidəcəksiniz. Amma təlaşa düşməyin.

Allah bizə sığınacaqdır, qüvvətdir, Dar gündə çox kömək edir. Buna görə biz qorxmuruq: Yer üzü alt-üst olsa belə, Dağlar uçub dənizin köksünə aşsa belə, Dalğalar kükrəyib qalxsa belə, Vurub dağları yırğalasa belə, Biz qorxmuruq.

Ey xalqım, keç içəri otaqlara, Qapıları ört, Rəbbin qeyzi keçənəcən Qısa bir müddətə gizlən! Çünki budur, Rəbb yer üzünün sakinlərini Qəbahətləri üzündən cəzalandırmaq üçün Öz məskənindən gəlir.

Bəlalar keçib-gedənəcən Qanadlarının altına sığınacağam.

Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb.

Pis xəbərdən qorxmaz, Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir.

Məndə sülhünüz olsun deyə bunları sizə söylədim. Dünyada əziyyətiniz var, amma cəsarətli olun! Mən dünyaya qalib gəldim.

Çünki Sənin vurduğun insanı təqib edirlər.

İnsanları pis yola çəkən şeylər mütləq olur. Amma vay o adamın halına ki, bunların baisidir!

Allahın əzəldən bilib müəyyən etdiyi məqsədə uyğun olaraq siz bu Şəxsi qanunsuzlara təslim edib onların əli ilə çarmıxa mıxlatdıraraq öldürdünüz.

Elə bu vaxt İsanın üzünə tüpürüb yumruq vurdular. Bəziləri də Ona şillə vuraraq dedilər: «Ey Məsih, bizə peyğəmbərlik elə görək, Səni vuran kimdir?»

Başçı kahinlər də ilahiyyatçılar və ağsaqqallarla birgə eyni şəkildə İsanı ələ salaraq deyirdilər: «Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir! İsrailin Padşahıdır, qoy indi çarmıxdan düşsün və biz də Ona iman edək.

Həqiqətən, Hirod və Ponti Pilat başqa millətlər və İsrail xalqı ilə birlikdə Sənin məsh etdiyin müqəddəs Qulun İsanın əleyhinə bu şəhərdə toplaşdı ki, Sənin əvvəldən qərar verdiyin, Sənin əlində və niyyətində olan şeyləri həyata keçirsin.

Əslində xəstəliklərimizi o çəkdi, Dərdlərimizi öz üzərinə götürdü. Biz isə onun Allah tərəfindən cəzalandırıldığını, Vurulub iztirab çəkdiyini zənn etdik.

Müqəddəs Kitab sitatları da daxil olmaqla, süni intellektlə tərcümə edilib — istənilən istinadı açaraq onu Azərbaycan Bibliyası 2008 dilində oxuyun.

© United Bible Societies 2009 www.unitedbiblesocieties.org

Ahmet Yüksek ✪ tərəfindən Unsplash-də çəkilmiş foto

Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).