10 may 2023
Gündəlik İşıq, 11 may: Gecə keçdi, gündüz isə yaxınlaşdı
Gündəlik İşıq
Ayılın, saleh olun, daha günaha batmayın.
1 Kori̇nfli̇lərə 15:34
Axı hamınız nur və gündüz övladlarısınız. Biz nə gecənin ... Ona görə gəlin başqaları kimi yatmayaq, əksinə, oyanıb ayıq-sayıq dayanaq.
1 Saloni̇kli̇lərə 5:5–6
Yuxudan ayılmaq vaxtınızın gəldiyini anlayaraq belə rəftar edin. Çünki indi xilasımız iman etdiyimiz vaxtda olduğundan daha yaxındır. Gecə keçdi, gündüz isə yaxınlaşdı; buna görə də qaranlığın əməllərini üzərimizdən ataq və nurun silahlarına bürünək.
Romalilara 13:11–12
Buna görə Allahın bütün zireh və silahlarını götürün ki, pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir şeyi etdikdən sonra dayana biləsiniz.
Efesli̇lərə 6:13
Etdiyiniz günahların hamısını üstünüzdən götürün, özünüzdə yeni ürək və yeni ruh yaradın.
Yezekel 18:31
Buna görə də hər cür murdarlığı və dolub-daşan pisliyi kənara ataraq ürəyinizə əkilən, canlarınızı xilas etməyə qadir olan kəlamı həlimliklə qəbul edin.
Yaqub 1:21
Ey övladlar, Onda qalın ki, O zahir olanda cəsarətimiz olsun, Onun zühuru zamanı önündə utanmayaq. Əgər Onun saleh olduğunu bilirsinizsə, həm də bilin ki, saleh iş görən hər kəs Ondan doğulub.
1 Yəhya 2:28–29
Quzularım səsimi eşidir.
Yəhya 10:27
Bax qapının önündə durub onu döyürəm; kim səsimi eşidib qapını açsa, onun yanına gələcəyəm və Mən onunla, o da Mənimlə birgə şam edəcəyik.
Vəhy 3:20
Yatsam da, qəlbim oyaq idi. Qapını döyən sevgilimin səsi gəldi: Qapını aç, ay həmdəmim, ay yarım! Ay göyərçinim ... Mən sevgilimə qapı açanda Sevgilim çıxıb getmişdi. O məni çağıranda huşumu itirmişdim. Mən onu axtardım, tapa bilmədim, Mən onu çağırdım, lakin cavab gəlmədi.
Nəğmələr Nəğməsi̇ 5:2, 6
Ya Rəbb, qulun Səni eşidir.
Bi̇ri̇nci̇ Şamuel 3:10
İsa o yerə çatdıqda yuxarı baxıb onu gördü və ona dedi: «Ey Zakkay, tez aşağı düş. Bu gün Mən sənin evində qalmalıyam». O tez aşağı düşüb İsanı sevinclə qəbul etdi.
Luka 19:5–6
Rəbb Allah nə söyləsə, dinləyirəm. Sözləri xalqına, möminlərinə sülh bəyan edər ki, Onlar öz cəhalətlərinə dönməsinlər.
Zəbur 85:8
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax9 may 2023
İbrani̇lərə 11:1 · 1 Kori̇nfli̇lərə 15:19
8 may 2023
Yeşaya 53:10 · Yəhya 12:27–28
7 may 2023
Matta 24:6 · Zəbur 46:1–3
6 may 2023
Zəbur 85:10 · Yeşaya 45:21
5 may 2023
Matta 6:31–32 · Zəbur 34:9–10
4 may 2023
Yeşaya 59:1 · Zəbur 138:3
