19 iyn 2023
Gündəlik İşıq, 20 iyun: Getməyimə, yatmağıma nəzarət edirsən
Gündəlik İşıq
Bu körpəni götürüb mənim üçün əmizdir, sənə bunun haqqını verərəm.
Çixiş 2:9
Siz də üzüm bağına gedin və haqqınızı düz verərəm.
Matta 20:4
Məsihə məxsus olduğunuz üçün kim sizə bir kasa su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq.
Mark 9:41
Comərd bolluğa yetişər, Su verənə su verilər.
Süleymanin Məsəlləri̇ 11:25
Axı Allah ədalətsiz deyil ki, əməlinizi və Onun adı ilə müqəddəslərə əvvəldən və indi də xidmət etməklə göstərdiyiniz məhəbbəti unutsun.
İbrani̇lərə 6:10
Hər biri öz zəhmətinə görə mükafat alacaq.
1 Kori̇nfli̇lərə 3:8
Ya Rəbb, biz Səni nə vaxt ac görüb yemək verdik və ya susamış görüb su verdik? Nə vaxt Səni qərib görüb qəbul etdik və ya çılpaq görüb geyindirdik? Padşah da cavab verib onlara deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”. ... Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın.
Matta 25:37–38, 40, 34
Getməyimə, yatmağıma nəzarət edirsən.
Zəbur 139:3
Yaqub yuxusundan oyanıb dedi: «Doğrudan da, Rəbb buradadır. Mən isə bunu bilmirdim». Sonra qorxub dedi: «Bu yer necə də qorxuludur. Bu, Allahın evindən başqa bir şey ola bilməz, bura göylərin qapısıdır».
Yaradiliş 28:16–17
Çünki Rəbbin gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin.
İki̇nci̇ Salnamələr 16:9
Arxayın yatıb yuxuya gedirəm, Çünki yalnız Sən, ya Rəbb, məni əmin-amanlıqda yaşadırsan!
Zəbur 4:8
«Ya Rəbb, sığınacağımsan!» dediyin üçün, Haqq-Taalaya sığındığın üçün Şərə düçar olmazsan, Bəla çadırından uzaq qaçar. Allah sənə görə mələklərinə əmr edər ki, Gedəcəyin hər yerdə səni qorusunlar.
Zəbur 91:9–11
Qorxusuz, rahat yatarsan, Şirin yuxu taparsan.
Süleymanin Məsəlləri̇ 3:24
Rəbb sevdiklərinə yuxuda olanda belə, verər.
Zəbur 127:2
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax18 iyn 2023
Çixiş 25:21–22 · İbrani̇lərə 9:8
17 iyn 2023
Fi̇li̇pi̇li̇lərə 4:6 · Zəbur 116:1–2
16 iyn 2023
Efesli̇lərə 5:15–16 · Yeşua 22:5
15 iyn 2023
Qanunun Təkrari 29:29 · Zəbur 131:1–2
14 iyn 2023
Fi̇li̇pi̇li̇lərə 3:10 · 1 Peter 4:13
13 iyn 2023
Yəhya 15:4 · Qalati̇yalilara 2:20
