25 avq 2023
Gündəlik İşıq, 26 avqust: Ağzınadək camımı doldurursan
Gündəlik İşıq
Xalis qızıldan bir lövhəcik düzəlt və onun üzərində möhür oyması olaraq “Rəbbə həsr edilmiş” yazısını həkk et.
Çixiş 28:36
Çünki müqəddəsliyə nail olmadan heç kim Rəbbi görməyəcək.
İbrani̇lərə 12:14
Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir.
Yəhya 4:24
Hamımız elə bil ki murdarlandıq, Bütün saleh əməllərimiz murdar əskiyə bənzəyir.
Yeşaya 64:6
Mənə yaxınlaşanlar Məni müqəddəs saysınlar; Bütün xalq məni izzətləndirsin.
Levi̇li̇lər 10:3
Məbədlə bağlı qanun budur: dağın başında hər tərəfdən onun bütün ərazisi çox müqəddəs olacaq.
Yezekel 43:12
Evinə müqəddəslik əbədi olaraq yaraşır.
Zəbur 93:5
Mən Özümü onların uğrunda təqdis edirəm ki, onlar da həqiqətlə təqdis olunsun.
Yəhya 17:19
Beləliklə, Allahın Oğlu İsa göylərdən keçən böyük Baş Kahinimiz olduğuna görə əqidəmizi möhkəm tutaq. Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq.
İbrani̇lərə 4:14, 16
Ağzınadək camımı doldurursan.
Zəbur 23:5
Dadın, görün Rəbb nə qədər şirindir, Nə bəxtiyardır Ona pənah gətirənlər! Ey Rəbbin müqəddəsləri, Rəbdən qorxun, Ondan qorxan heç nəyə möhtac qalmaz. Gənc aslanlar ac-yalavac qaldılar, Lakin Rəbbi axtaranlar Heç bir yaxşı şeydən korluq çəkməzlər.
Zəbur 34:8–10
Çünki mərhəməti tükənməzdir. Hər səhər bunlar təzələnir, Sənin sədaqətin böyükdür.
Mərsi̇yələr 3:22–23
Ya Rəbb, mənim qismətimsən, kasama düşən paysan, Püşkümə düşən Səndən asılıdır. Qismətimə gözəl yerlər düşdü, Bəli, mənə nemət nəsib oldu.
Zəbur 16:5–6
İstər Paul ... istər Kefa olsun, dünya, həyat, ölüm, indiki və gələcək zaman – hər şey sizindir.
1 Kori̇nfli̇lərə 3:22
Bizə Məsihdə səmadakı hər cür ruhani nemətlə xeyir-dua verən Allaha – Rəbbimiz İsa Məsihin Atasına alqış olsun!
Efesli̇lərə 1:3
Çünki hansı şəraitdə yaşasam, ondan razı qalmağa alışmışam.
Fi̇li̇pi̇li̇lərə 4:11
Əlindəki ilə kifayətlənərək mömin olmaqsa böyük qazanc mənbəyidir.
1 Ti̇moteyə 6:6
Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək.
Fi̇li̇pi̇li̇lərə 4:19
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax24 avq 2023
Çixiş 3:7 · Yeşaya 53:3
23 avq 2023
Yeremya 31:3 · 2 Saloni̇kli̇lərə 2:13–14
22 avq 2023
Romalilara 14:7–8 · 1 Kori̇nfli̇lərə 10:24
21 avq 2023
Zəbur 119:57 · 1 Kori̇nfli̇lərə 3:21
20 avq 2023
Saylar 23:19 · Yaqub 1:17
19 avq 2023
1 Peter 1:15 · 1 Saloni̇kli̇lərə 2:11–12
