14-Buna görə göylərdə və yer üzündə hər ailəyə ad verən Atanın qarşısında diz çökürəm ki,
EFESLİLƏRƏ 3:15
Gündəlik İşıq

14-Buna görə göylərdə və yer üzündə hər ailəyə ad verən Atanın qarşısında diz çökürəm ki,
EFESLİLƏRƏ 3:15
hamının Allahı və Atası birdir. O hamı üzərində, hamı ilə və hamıdadır.
EFESLİLƏRƏ 4:6
Siz hamınız Məsih İsaya olan iman vasitəsilə Allahın övladlarısınız.
QALATİYALILARA 3:26
Vaxt tamam olanda isə bu niyyətini yerinə yetirərək həm göylərdə, həm də yerdə olan hər şeyi Məsihdə birləşdirəcək.
EFESLİLƏRƏ 1:10
Çünki təqdis edən Şəxsin və təqdis olunanların hamısının Atası eynidir. Bu səbəbdən İsa onları qardaş çağırmaqdan utanmayıb deyir:
İBRANİLƏRƏ 2:11
Əlini şagirdlərinə doğru uzadaraq dedi: «Mənim anam və qardaşlarım bunlardır. Çünki kim göylərdə olan Atamın iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam odur».
MATTA 12:49-50
İsa ona dedi: «Mənə toxunma, çünki Mən hələ Atanın yanına qalxmamışam. Amma qardaşlarımın yanına gedib onlara söylə: Öz Atamın – sizin Atanızın, Öz Allahımın – sizin Allahınızın yanına qalxıram».
YƏHYA 20:17
Quzu beşinci möhürü açanda qurbangahın altında Allahın kəlamına və etdikləri şəhadətə görə kəsilən canları gördüm. Onlar uca səslə fəryad edirdi: «Ey müqəddəs və haqq olan Pərvərdigar, nə vaxta kimi mühakimə etməyib yer üzündə yaşayanlardan qanımızın qisasını almayacaqsan?» Onda hər birinə ağ xalat verilib deyildi ki, özləri ilə birgə qulluq edən, onlar kimi öldürüləcək bacı-qardaşlarının sayı tamam olana qədər bir az vaxt da rahat olsunlar.
VƏHY 6:9-11
Çünki Allah bizim üçün daha yaxşı şey hazırlamışdır ki, onlar bizsiz kamilliyə çatmasın.
İBRANİLƏRƏ 11:40
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
9 okt 2023
Nehemiah 9:17
8 okt 2023
Hebrews 13:6
7 okt 2023
Psalms 25:9
6 okt 2023
Revelation 19:6
5 okt 2023
Psalms 50:15
4 okt 2023
Exodus 34:29
3 okt 2023
Revelation 1:5
İsa Məsih
İsanın ruhunun ölümündən sonra və dirilməsindən əvvəl hara getdiyini kəşf edin. Müqəddəs Kitab göstərir ki…
Allahın Krallığı
Allahın krallığının ruhani təbiətini, onun tarixi kontekstini və xristianların təbəə kimi necə yaşamalı…

Namaz
Dua Allahla danışmaqdır, xristianlar üçün asan və təbii bir hərəkətdir. Onun əsas aspektlərini kəşf edin…
İsa Məsih
Matta İncili Əhdi-Ətiq peyğəmbərliyini lütfün yeni dövrü ilə əlaqələndirərək, İsa Məsihi İsrailin vəd edilmiş…
Namaz
Dua Allahla danışmaqdır, xristianlar üçün asan və təbii bir hərəkətdir. Onun əsas aspektlərini kəşf edin…
Allahın vədləri
Allahın vədləri Məsihdə həmişə “Bəli”dir. İman edənlər Müqəddəs Yazılarda bu vədləri axtarmalı və onlar…
Bağışlanma
Xristianlar həyatın zamana aid aspektlərini keçmiş üçün bağışlanma, indiki zaman üçün ehtiras və gələcək üçün…

İsa Məsih
Matta İncili Əhdi-Ətiq peyğəmbərliyini lütfün yeni dövrü ilə əlaqələndirərək, İsa Məsihi İsrailin vəd edilmiş…