15 yan 2024
Gündəlik İşıq, 16 yanvar: Siz də Onda tamamlanmısınız
Gündəlik İşıq
Çünki Allah Onda tam bütövlüyü ilə yaşamağa.
Kolosseli̇lərə 1:19
Ata Oğulu sevir və hər şeyi Onun ixtiyarına verib.
Yəhya 3:35
Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin.
Fi̇li̇pi̇li̇lərə 2:9–11
Və hər başçı, hakim, qüvvə və ağadan, yalnız bu dövrdə deyil, gələcək dövrdə də çəkiləcək hər addan Onu çox yüksəltdi.
Efesli̇lərə 1:21
Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey – taxtlar, ağalar, başçılar, hakimlər Onda yarandı. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı.
Kolosseli̇lərə 1:16
Çünki Məsih ona görə ölüb yenə yaşadı ki, həm ölülərin, həm də yaşayanların Rəbbi olsun.
Romalilara 14:9
Siz də Onda tamamlanmısınız. O hər başçının və hakimin Başıdır.
Kolosseli̇lərə 2:10
Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq.
Yəhya 1:16
Beləliklə, öz gördüklərini, indi və bundan sonra baş verəcək hadisələri yaz.
Vəhy 1:19
Lakin Müqəddəs Ruh tərəfindən yönəldilən insanlar Allahdan gələn sözləri söylədi.
2 Peter 1:21
Biz sizə gördüyümüzü və eşitdiyimizi elan edirik ki, sizin də bizimlə şərikliyiniz olsun; bizim şərikliyimiz də Ata və Onun Oğlu İsa Məsihlədir.
1 Yəhya 1:3
Əllərimə və ayaqlarıma baxın. Bu – Mən Özüməm! Mənə toxunun və baxın, çünki Məndə olduğunu gördüyünüz kimi ruhun əti və sümüyü olmur». İsa bunu deyib onlara əllərini və ayaqlarını göstərdi.
Luka 24:39–40
Bunu görən adam özü şəhadət edir və onun şəhadəti doğrudur, sizin də iman etməyiniz üçün həqiqəti söylədiyini bilir.
Yəhya 19:35
Rəbbimiz İsa Məsihin qüdrətini və zühurunu sizə bildirərkən uydurma əfsanələrə əsaslanmadıq. Amma öz gözümüzlə Onun ululuğunun şahidləri olduq.
2 Peter 1:16
Belə ki imanınız insan müdrikliyinə yox, Allahın qüdrətinə əsaslansın.
1 Kori̇nfli̇lərə 2:5
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax14 yan 2024
Yəhya 14:28 · Luka 11:2
13 yan 2024
Yeşaya 26:3 · Zəbur 55:22
12 yan 2024
Yəhuda 25 · 1 Kori̇nfli̇lərə 1:30
11 yan 2024
Zəbur 65:1 · 1 Kori̇nfli̇lərə 8:6
10 yan 2024
1 Saloni̇kli̇lərə 5:23 · Efesli̇lərə 5:25
9 yan 2024
Zəbur 60:4 · Yeşaya 59:19
