Xilasının sevincini mənə qaytar, İtaətkarlıq ruhu verib mənə dayaq ol.
ZƏBUR 51:12
Gündəlik İşıq

Xilasının sevincini mənə qaytar, İtaətkarlıq ruhu verib mənə dayaq ol.
ZƏBUR 51:12
Əməllərini gördüm, Amma bu xalqa şəfa verəcəyəm. Ona rəhbərlik edəcəyəm, Ona və onun yas tutanlarına təsəlli verəcəyəm.
YEŞAYA 57:18
Rəbb deyir: «Gəlin indi birgə düşünək bu an, Günahlarınız qıpqırmızı parça kimi görünsə də, Onlar qar kimi ağ olacaq, Tünd qırmızı rəngə çalsa da, Onlar ağ yun kimi bəyaz olacaq.
YEŞAYA 1:18
Geri qayıdın, ey dönük övladlar, Dönüklüyünüzə şəfa verim”. Onlar da deyəcək: “Budur, biz Sənə tərəf gəlirik, Çünki Allahımız Rəbb Sənsən.
YEREMYA 3:22
Rəbb Allah nə söyləsə, dinləyirəm. Sözləri xalqına, möminlərinə sülh bəyan edər ki, Onlar öz cəhalətlərinə dönməsinlər.
ZƏBUR 85:8
Rəbbə alqış et, ey könlüm, Unutma etdiyi yaxşılıqları: Odur bütün təqsirlərini əfv edən, Bütün xəstəliklərinə şəfa verən.
ZƏBUR 103:2-3
Məni yenə də canlandırır, İsmi şərəfinə salehlik yolları ilə aparır.
ZƏBUR 23:3
O gün sən, ey İsrail, belə deyəcəksən: «Ya Rəbb, Sənə şükür edəcəyəm! Sən mənə qəzəblənirdin, Lakin qəzəbin söndü, Mənə təsəlli verdin.
YEŞAYA 12:1
Özün mənə dayaq ol, qoy mən nicat tapım, Sənin qaydalarını həmişə nəzərimdə tutum.
ZƏBUR 119:117
Mənəm Öz xatirimə görə sənin üsyankarlığını silən, Bəli, Mən günahlarını da yada salmaram.
YEŞAYA 43:25
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
13 apr 2024
Proverbs 3:9
12 apr 2024
Romans 8:3
11 apr 2024
Proverbs 10:19
10 apr 2024
Song of Solomon 1:5
9 apr 2024
Isaiah 43:1
8 apr 2024
1 Corinthians 1:5
7 apr 2024
2 Corinthians 6:10

Vaxt İdarəetməsi
Məşğulluq üçün xristian müalicəsini kəşf edin. Onun səbəblərini və Müqəddəs Kitab dəyərlərinin…
Müqəddəs Kitab Öyrənməsi
Müqəddəs Kitabı hər gün oxumaq və öyrənmək üçün effektiv metodları kəşf edin. Ruhunuzu qidalandırın…
Qisas
Abşalomun hekayəsi vasitəsilə qisasın yüksək dəyəri və xristianın bağışlamaq zərurəti haqqında öyrənin.

Vaxt İdarəetməsi
Məşğulluq üçün xristian müalicəsini kəşf edin. Onun səbəblərini və Müqəddəs Kitab dəyərlərinin…

Müqəddəs Kitab Öyrənməsi
Müqəddəs Kitabı hər gün oxumaq və öyrənmək üçün effektiv metodları kəşf edin. Ruhunuzu qidalandırın…
Kəffarə
Yom Kippurun iki keçisinin Müqəddəs Kitabdakı mənasını və kəffarədəki rolunu araşdırın. İsanın qurbanının bu…
Namaz
Həqiqi xristian duasının mahiyyətini Allahdan asılılıq və ona inamın ifadəsi kimi araşdırın.
Dünya dinləri
Karma ilə Allahın İsa Məsih vasitəsilə lütfü (krupa) arasındakı fərqi araşdırın. Məsihin karma zəncirlərini…