11 may 2024
Gündəlik İşıq, 12 may: Ey sevimlilər, bir-birimizi sevək
Gündəlik İşıq
Ey sevimlilər, bir-birimizi sevək, çünki məhəbbət Allahdandır. Sevən hər kəs də Allahdan doğulub və Allahı tanıyır.
1 Yəhya 4:7
Çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb.
Romalilara 5:5
Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız; övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha «Abba, Ata» deyə nida edirik. Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övladlarıyıq.
Romalilara 8:15–16
Allahın Oğluna iman edən kəs öz daxilində bu şəhadətə malikdir.
1 Yəhya 5:10
Allahın bizə olan məhəbbəti belə zahir oldu: Allah Öz vahid Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə yaşayaq.
1 Yəhya 4:9
Tam hikmət və dərrakə ilə bizə bol-bol göstərdiyi Öz zəngin lütfünə görə biz Oğlunda, Onun qanı vasitəsilə satınalınmaya – təqsirlərimizin bağışlanmasına malikik.
Efesli̇lərə 1:7
Bunu Məsih İsada bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyini gələcək dövrlərdə də göstərmək üçün etdi.
Efesli̇lərə 2:7
Ey sevimlilər, Allah bizi bu cür sevdiyi üçün biz də gərək bir-birimizi sevək.
1 Yəhya 4:11
Rüsvayçılıq qəlbimi qırdı.
Zəbur 69:20
Bu, dülgərin Oğlu deyilmi?
Matta 13:55
Nazaretdən yaxşı bir şey çıxarmı? Filip isə ona «gəl özün bax» dedi.
Yəhya 1:46
Sən Samariyalısan və Səndə cin var. Məgər doğru demirikmi?
Yəhya 8:48
O, cinlərin başçısının gücü ilə cinləri qovur.
Matta 9:34
Biz bu Adamın günahkar olduğunu bilirik.
Yəhya 9:24
Xalqı aldadır deyirdi.
Yəhya 7:12
Bu Adam küfr danışır.
Matta 9:3
Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!” Amma hikmət öz əməlləri ilə təsdiq olunur.
Matta 11:19
Şagirdin öz müəllimi, qulun isə öz ağası kimi olması ona kifayətdir.
Matta 10:25
Əgər biri Allah qarşısındakı vicdan naminə, haqsız yerə əzab çəkib kədərə tab gətirirsə, bu, tərifə layiqdir. ... Siz məhz bunun üçün çağırıldınız. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz. O heç bir günah etmədi, Ağzından hiylə sözü çıxmadı. Onu söydülər, O isə cavabında söymürdü, Əzab çəkərək heç kimi hədələmirdi, Əksinə, ədalətli Hakimə Özünü təslim etdi.
1 Peter 2:19–23
Məsihin adına görə təhqir olunsanız.
1 Peter 4:14
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax10 may 2024
1 Yəhya 3:8 · Efesli̇lərə 6:12
9 may 2024
İbrani̇lərə 11:1 · 1 Kori̇nfli̇lərə 15:19
8 may 2024
Yeşaya 53:10 · Yəhya 12:27–28
7 may 2024
Matta 24:6 · Zəbur 46:1–3
6 may 2024
Zəbur 85:10 · Yeşaya 45:21
5 may 2024
Matta 6:31–32 · Zəbur 34:9–10
