amma İsa onlara «Mənəm, qorxmayın» dedi.
YƏHYA 6:20
Gündəlik İşıq

amma İsa onlara «Mənəm, qorxmayın» dedi.
YƏHYA 6:20
Mən Onu gördükdə ölü kimi ayaqlarına düşdüm. O isə sağ əlini mənim üstümə qoyub dedi: «Qorxma! Birinci və Sonuncu Olan, Diri Olan Mənəm. Mən ölmüşdüm, indi isə əbədi olaraq diriyəm. Ölümün və ölülər diyarının açarları Məndədir.
VƏHY 1:17-18
Mənəm Öz xatirimə görə sənin üsyankarlığını silən, Bəli, Mən günahlarını da yada salmaram.
YEŞAYA 43:25
Mən dedim: «Vay halıma, həlak oldum! Çünki ağzı murdar bir adamam, Həm də murdar ağızlı adamlar arasında yaşayıram. Buna baxmayaraq, qarşımda Padşahı – Ordular Rəbbini gözlərimlə gördüm».
YEŞAYA 6:5
O, kömürlə dodaqlarıma toxunaraq dedi: «Budur, bu kömür dodaqlarına dəydi, Pisliyin silindi, günahın bağışlandı».
YEŞAYA 6:7
Lakin bu qarət olunmuş, soyulmuş xalqdır. Hamısı qazamatlarda buxovlanıb zindanlarda saxlanılmışdır. Onlar ovlanıb və qurtaranları yoxdur. Onları qarət edirlər, «geri qaytarın» deyən yoxdur.
YEŞAYA 42:22
Övladlarım, bunları sizə yazıram ki, günah etməyəsiniz. Əgər kimsə günah etsə belə, Atanın hüzurunda Vəsatətçimiz var; O, saleh olan İsa Məsihdir.
1 YƏHYA 2:1
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
8 may 2024
Isaiah 53:10
7 may 2024
Matthew 24:6
6 may 2024
Psalms 85:10
5 may 2024
Matthew 6:31-32
4 may 2024
Isaiah 59:1
3 may 2024
Matthew 5:48
2 may 2024
Genesis 28:16
Bağışlanma
Xristianlar həyatın zamana aid aspektlərini keçmiş üçün bağışlanma, indiki zaman üçün ehtiras və gələcək üçün…

Ölüm
İsa ölümün açarlarını əlində tutur, möminlərə son düşmənləri ilə qorxmadan üzləşmək üçün lütf təklif edir…
Sevgi
Bu məqalə aqape, yəni "baş sevgisi"ni, Allahın bizi sevdiyi kimi, şərtsiz sevmək seçimi kimi araşdırır.
Qurtuluş
İsa Məsihin könüllü olaraq çarmıxda ölməsinin dərin səbəblərini kəşf edin. Onun qurbanının günahlarınızın…
Günah
Məsihçilər günah edəndə, onların Allahla münasibətləri təhlükəsizdir, lakin ünsiyyət pozulur. Etiraf və özünü…

Ölüm
İsa ölümün açarlarını əlində tutur, möminlərə son düşmənləri ilə qorxmadan üzləşmək üçün lütf təklif edir…

Sevgi
Bu məqalə aqape, yəni "baş sevgisi"ni, Allahın bizi sevdiyi kimi, şərtsiz sevmək seçimi kimi araşdırır.
Dirilmə
Ölümü fəth edən İsa Məsih vasitəsilə dirilişin xristian ümidini araşdırın. İmanlıların əbədi həyatı və…

Qurtuluş
İsa Məsihin könüllü olaraq çarmıxda ölməsinin dərin səbəblərini kəşf edin. Onun qurbanının günahlarınızın…