Mən yerinə yetirməyi tapşırdığın işi tamamlamaqla Səni yer üzündə izzətləndirdim.
YƏHYA 17:4
Gündəlik İşıq

Mən yerinə yetirməyi tapşırdığın işi tamamlamaqla Səni yer üzündə izzətləndirdim.
YƏHYA 17:4
İsa onlara dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır.
YƏHYA 4:34
Nə qədər ki gündüzdür, Məni Göndərənin işlərini görməliyik. Tezliklə gecə gəlir, o zaman heç kim işləyə bilməz.
YƏHYA 9:4
İsa onlara cavab verdi: «Məni nə üçün axtarırdınız? Məgər bilmirdiniz ki, Mən Atamın evində olmalıyam?» Amma onlar Onun nə demək istədiyini başa düşmədilər.
LUKA 2:49-50
İsa bunu eşidib dedi: «Bu xəstəliyin nəticəsi ölüm yox, Allahın izzəti və Allah Oğlunun bununla izzət qazanması olacaq».
YƏHYA 11:4
İsa dedi: «Axı Mən sənə söyləmədimmi, iman etsən, Allahın izzətini görəcəksən?»
YƏHYA 11:40
İsa böyüyürdü və hikmətdə artırdı. O, Allahın və insanların qarşısında lütf qazanırdı.
LUKA 2:52
Müqəddəs Ruh bədəncə göyərçin şəklində Onun üzərinə endi. Göydən bir səda gəldi: «Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam».
LUKA 3:22
Onlar yeni bir nəğmə oxuyaraq deyirdi: «Sən tumarı götürüb Onun möhürlərini qırmağa layiqsən. Çünki Sən kəsildin Və hər tayfadan, dildən, xalqdan və millətdən olanları Allah üçün Öz qanın bahasına satın aldın. Onları Allahımızla birgə Padşahlığa və kahinliyə şərik etdin; Onlar da yer üzünə padşahlıq edəcək».
VƏHY 5:9-10
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
3 may 2024
Matthew 5:48
2 may 2024
Genesis 28:16
1 may 2024
Galatians 5:22
30 apr 2024
1 John 2:5
29 apr 2024
1 Samuel 12:24
28 apr 2024
John 1:29
27 apr 2024
1 Corinthians 7:29
İsa Məsih
İsa Məsihin həyatını, erkən illərindən və ilahi təsdiqindən tutmuş xidmətinə, çarmıxda qurbanına və şanlı…

Allahın Sevgisi
Allahın sevgisinin imanımızı necə oyatdığını, qoruduğunu və dərinləşdirdiyini kəşf edin. Məsihlə davamlı bir…
Müqəddəs Ruh
Müqəddəs Ruhun İsanı göyərçinlə simvollaşdırılan məsh etməsini və bunun günah qarğası ilə ziddiyyətini kəşf…
İsa Məsih
İsa Məsih haqqında həqiqi həqiqəti araşdırın: Onun möcüzəvi doğulmasından və qədim peyğəmbərliklərdən tutmuş…

Allahın Sevgisi
Allahın sevgisinin imanımızı necə oyatdığını, qoruduğunu və dərinləşdirdiyini kəşf edin. Məsihlə davamlı bir…
İsa Məsih
Müqəddəs Kitab seçmə bir tarixdir, peyğəmbərliyi yerinə yetirmək və Allahın qurtuluş planını açıqlamaq üçün…
Məsəllər
İsanın Matta 13-dəki Buğda və Alaq Otları məsəlini araşdırın. Onun mənasını, tarixi bütövlüyünü və bu gün…

Müqəddəs Ruh
Müqəddəs Ruhun İsanı göyərçinlə simvollaşdırılan məsh etməsini və bunun günah qarğası ilə ziddiyyətini kəşf…