26 apr 2024
Gündəlik İşıq, 27 aprel: Gecə keçdi, gündüz isə yaxınlaşdı
Gündəlik İşıq
Bunu demək istəyirəm.
1 Kori̇nfli̇lərə 7:29
Qadından doğulan insanın ömrü azdır, Həyatı sıxıntı ilə doludur. Çiçək kimi açar, solar, Kölgə kimi keçib-gedər.
Əyyub 14:1–2
Dünya və ondakı ehtiraslar keçib-gedir, amma Allahın iradəsinə əməl edən əbədi qalır.
1 Yəhya 2:17
Adəmdə hamı öldüyü kimi Məsihdə də hamı həyata qovuşacaq. ... deyə yazılmış söz yerinə yetəcək.
1 Kori̇nfli̇lərə 15:22, 54
Yaşayırıqsa, Rəbb üçün yaşayırıq, ölürüksə, Rəbb üçün ölürük. Buna görə yaşasaq da, ölsək də Rəbbə məxsusuq.
Romalilara 14:8
Çünki mənim üçün yaşamaq Məsihdir, ölməksə qazancdır.
Fi̇li̇pi̇li̇lərə 1:21
Buna görə cəsarətinizi itirməyin, bu cəsarətə görə mükafatınız böyükdür. Çünki Allahın iradəsini yerinə yetirib vəd olunan şeyi almaq üçün sizin tab gətirməyə ehtiyacınız var. Çünki «Bir az müddətdən sonra Gələn gələcək, gecikməyəcək.
İbrani̇lərə 10:35–37
Gecə keçdi, gündüz isə yaxınlaşdı; buna görə də qaranlığın əməllərini üzərimizdən ataq və nurun silahlarına bürünək.
Romalilara 13:12
Hər şeyin sonu yaxındır. Beləliklə, ağıllı-kamallı olun və dua etmək üçün ayıq durun.
1 Peter 4:7
Üstündə yeni ad yazılıb.
Vəhy 2:17
Şagirdlər ilk dəfə olaraq Antakyada məsihçi adlandırıldı.
Həvari̇ləri̇n İşləri̇ 11:26
Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın.
2 Ti̇moteyə 2:19
Məsih İsaya məxsus olanlar isə öz həvəs və ehtirasları ilə birlikdə cismani təbiəti çarmıxa çəkdilər.
Qalati̇yalilara 5:24
Çox baha qiymətə satın alınmısınız. Beləliklə, bədəninizlə Allaha izzət gətirin.
1 Kori̇nfli̇lərə 6:20
Mənsə Rəbbimiz İsa Məsihin çarmıxından başqa şeylə əsla öyünmərəm. Bunun vasitəsilə dünya mənim üçün çarmıxa çəkildi, mən də dünya üçün çarmıxa çəkildim. Çünki əhəmiyyət kəsb edən sünnətlilik yaxud sünnətsizlik deyil, yeni yaradılışdır.
Qalati̇yalilara 6:14–15
Beləliklə, sevimli övladlar kimi Allahdan nümunə götürün. Məsih bizi necə sevdisə, Özünü bizim üçün Allahın xoşuna gələn ətirli təqdim və qurban olaraq fəda etdisə, siz də məhəbbətdə elə həyat sürün. Əxlaqsızlığın, hər cür murdarlığın və yaxud tamahkarlığın adı belə, aranızda çəkilməsin, çünki bunlar müqəddəslərə yaraşmaz. ... indi isə Rəbdə nursunuz. Ona görə də nur övladları kimi həyat sürün.
Efesli̇lərə 5:1–3, 8
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax25 apr 2024
Matta 1:21 · 1 Yəhya 3:5
24 apr 2024
Yaradiliş 21:1 · Zəbur 62:8
23 apr 2024
Zəbur 18:18 · Yeremya 3:23
22 apr 2024
Levi̇li̇lər 1:3–4 · Yaradiliş 22:8
21 apr 2024
Fi̇li̇pi̇li̇lərə 4:1 · Əyyub 23:11
20 apr 2024
Qanunun Təkrari 13:17 · 2 Kori̇nfli̇lərə 6:17
