21 apr 2024
Gündəlik İşıq, 22 aprel: Onun üçün kəffarə tapmışam
Gündəlik İşıq
Əgər qurbanı bir baş mal-qaradan ibarət yandırma qurbanıdırsa, bu qüsursuz erkək heyvan olsun. Bu qurbanın Rəbbin hüzurunda məqbul olması üçün onu gətirən adam onu Hüzur çadırının girişinə gətirsin. O adam əlini yandırma qurbanının başına qoysun ki, qurban özü üçün kəffarə kimi qəbul olunsun.
Levi̇li̇lər 1:3–4
Yandırma qurbanı olacaq quzunu Allah Özü hazırlayacaq.
Yaradiliş 22:8
Dünyanın günahını aradan götürən Allah Quzusu budur!
Yəhya 1:29
Bu iradəyə əsasən biz İsa Məsihin bədəninin birdəfəlik təqdim olunmasına görə təqdis olunduq.
İbrani̇lərə 10:10
Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin.
Matta 20:28
Canımı Məndən heç kəs ala bilməz, amma onu Özüm verirəm. Onu verməyə də, sonra geri almağa da ixtiyarım var.
Yəhya 10:18
Onları ürəkdən sevəcəyəm.
Huşə 14:4
İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın Oğluna olan imanla yaşayıram.
Qalati̇yalilara 2:20
Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq.
2 Kori̇nfli̇lərə 5:21
Belə ki sevimli Oğlunda bizə bəxş etdiyi Öz lütfünün izzətini mədh edək.
Efesli̇lərə 1:6
Çünki mənə olan məhəbbətin böyükdür, Canımı ölülər diyarına enməkdən qurtardın.
Zəbur 86:13
Həm bədəni cəhənnəmdə məhv edə bilən Allahdan qorxun.
Matta 10:28
Qorxma, çünki Mən səni satın aldım, Səni adınla çağırdım, sən Mənimsən. Mənəm Rəbb, yalnız Mənəm, Məndən başqa qurtarıcı yoxdur. Mənəm Öz xatirimə görə sənin üsyankarlığını silən, Bəli, Mən günahlarını da yada salmaram.
Yeşaya 43:1, 11, 25
Onlar var-dövlətlərinə güvənirlər, Bol sərvətləri ilə öyünürlər. Amma kimsə öz ömrünü satın ala bilməz, Həyatının haqqını Allaha ödəyə bilməz. Çünki insanın canının haqqı çox dəyərlidir.
Zəbur 49:6–8
Onun üçün kəffarə tapmışam.
Əyyub 33:24
Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi.
Efesli̇lərə 2:4–5
Ondan başqa heç kimdə xilas yoxdur. Çünki səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq.
Həvari̇ləri̇n İşləri̇ 4:12
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax20 apr 2024
Qanunun Təkrari 13:17 · 2 Kori̇nfli̇lərə 6:17
19 apr 2024
Yəhya 10:7 · Matta 27:51
18 apr 2024
Qanunun Təkrari 18:18 · Qanunun Təkrari 5:5
17 apr 2024
Zəbur 50:23 · Kolosseli̇lərə 3:16–17
16 apr 2024
Zəbur 31:22 · Zəbur 69:2
15 apr 2024
Yeremya 50:34 · Amos 5:12
