17 apr 2024
Gündəlik İşıq, 18 aprel: O, İnsan olan Məsih İsadır
Gündəlik İşıq
Onlar üçün soydaşları arasından sənin kimi bir peyğəmbər yetirəcəyəm və sözlərimi onun dilindən eşidəcəksiniz.
Qanunun Təkrari 18:18
O zaman Rəbbin sözünü izah etmək üçün sizinlə Rəbbin arasında mən dayanmışdım.
Qanunun Təkrari 5:5
Çünki bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır.
1 Ti̇moteyə 2:5
Musa yer üzündə yaşayan bütün adamlardan daha itaətkar bir insan idi.
Saylar 12:3
Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız.
Matta 11:29
Məsih İsa necə düşündü, siz də elə düşünün. Allah surətində olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı. Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb.
Fi̇li̇pi̇li̇lərə 2:5–7
Musa gələcəkdə deyiləcək sözlərə şəhadət etmək üçün Allahın bütün evində bir xidmətçi kimi sadiq qaldı. Amma Məsih Onun evi üzərində Oğul olaraq sadiqdir. Əgər biz cəsarətimizi və fəxr etdiyimiz ümidi qoruyub saxlasaq, Onun evi bizik.
İbrani̇lərə 3:5–6
Rəbbimiz İsa Məsihin Özü və bizi sevib lütfü ilə əbədi cəsarət və xeyirli ümid verən Atamız Allah.
2 Saloni̇kli̇lərə 2:16
Ancaq Mən cavanlıq günlərində səninlə etdiyim əhdimi yada salacağam. Səninlə əbədi bir əhd bağlayacağam.
Yezekel 16:60
Çünki O yalnız bir təqdim vasitəsilə təqdis olunmaqda olanları həmişəlik kamilləşdirdi.
İbrani̇lərə 10:14
Buna görə O Özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir. Çünki O onlar üçün vəsatətçilik etməkdən ötrü həmişə yaşayır.
İbrani̇lərə 7:25
Çünki Kimə iman etdiyimi bilirəm və əminəm ki, mənə verdiyi əmanəti qiyamət gününə qədər saxlamağa qadirdir.
2 Ti̇moteyə 1:12
Çünki Allahın ənamları və dəvəti geri alınmaz.
Romalilara 11:29
Məsihin məhəbbətindən bizi kim ayıra bilər?
Romalilara 8:35
Çünki taxtın ortasında olan Quzu Onların Çobanı olacaq, Onları həyat suyunun qaynaqlarına aparacaq, Allah onların bütün göz yaşlarını siləcək.
Vəhy 7:17
Ondan sonra sağ qalan bizlər Rəbbi havada qarşılamaq üçün onlarla birgə buludlar içində götürülüb-aparılacaq və beləcə daim Rəblə olacağıq. Buna görə bir-birinizə bu sözlərlə təsəlli verin.
1 Saloni̇kli̇lərə 4:17–18
Çünki bura istirahət yeri deyil.
Mi̇keya 2:10
Çünki burada daimi şəhərimiz yoxdur, amma biz gələcək şəhəri axtarırıq.
İbrani̇lərə 13:14
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax16 apr 2024
Zəbur 31:22 · Zəbur 69:2
15 apr 2024
Yeremya 50:34 · Amos 5:12
14 apr 2024
Zəbur 63:5–6 · Zəbur 139:17–18
13 apr 2024
Süleymanin Məsəlləri̇ 3:9 · 2 Kori̇nfli̇lərə 9:6
12 apr 2024
Romalilara 8:3 · İbrani̇lərə 10:1–2
11 apr 2024
Süleymanin Məsəlləri̇ 10:19 · Yaqub 1:19
