20 apr 2024
Gündəlik İşıq, 21 aprel: Rəbdə olaraq bu cür dönməz durun
Gündəlik İşıq
Rəbdə olaraq bu cür dönməz durun.
Fi̇li̇pi̇li̇lərə 4:1
Hər addımını yaxından izlədim, Azmadan yoluna bağlı qaldım.
Əyyub 23:11
Çünki Rəbb ədaləti sevir, Heç zaman möminlərini tərk etmir. Salehlər daim müdafiə olunacaq.
Zəbur 37:28
Rəbb səni hər cür şərdən saxlayar, Canını qoruyar.
Zəbur 121:7
Amma saleh adamım imanla yaşayacaq. Əgər geri çəkilsə, ondan razı qalmayacağam». Bizsə geri çəkilib həlak olanlardan deyilik; iman edib canlarının xilasına nail olanlardanıq.
İbrani̇lərə 10:38–39
Amma bizə məxsus deyildilər. Əgər bizə məxsus olsaydılar, bizimlə qalardılar. Amma qalmadılar ki, heç birinin bizə məxsus olmadığı aşkara çıxsın.
1 Yəhya 2:19
Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən, Mənim şagirdlərimsiniz.
Yəhya 8:31
Amma axıracan dözən xilas olacaq.
Matta 24:13
Ayıq olun, imanda sabit durun, mərd və möhkəm olun.
1 Kori̇nfli̇lərə 16:13
Nəyin varsa, ona bağlı qal ki, heç kəs tacını götürməsin.
Vəhy 3:11
Qalib gələn hər kəs də ağ paltar geyinəcək. Mən onun adını həyat kitabından əsla silməyəcəyəm.
Vəhy 3:5
Metuşelah doğulandan sonra Xanok üç yüz il Allahla bir yol getdi.
Yaradiliş 5:22
İki nəfər razılaşıb görüşməsə, Birgə yol gedərmi?
Amos 3:3
Və Onun vasitəsilə, çarmıxda axıdılan qanı ilə barışıq yaradaraq həm yerdə ... Etdiyiniz pis əməllərə görə bir zamanlar düşüncələrinizdə Allaha yad və düşmən idiniz. İndi isə Məsih cismən ölməklə Öz bədəni vasitəsilə sizi Allahla barışdırdı ki, sizi Onun qarşısında müqəddəs, ləkəsiz və nöqsansız təqdim etsin.
Kolosseli̇lərə 1:20–22
Amma bir zamanlar uzaq olan sizlər indi Məsih İsada Məsihin qanı sayəsində yaxın oldunuz.
Efesli̇lərə 2:13
Əgər biz Allahın düşməni olduğumuz vaxt Onun Oğlunun ölməsi ilə Allahla barışdıqsa, barışdıqdan sonra Onun həyatı vasitəsilə daha qəti olaraq xilas olacağıq. Yalnız bununla deyil, Rəbbimiz İsa Məsih vasitəsilə Allahla da fəxr edirik ki, indi Onun vasitəsilə Allahla barışığa nail olmuşuq.
Romalilara 5:10–11
Bizim şərikliyimiz də Ata və Onun Oğlu İsa Məsihlədir.
1 Yəhya 1:3
Rəbb İsa Məsihin lütfü, Allahın məhəbbəti və Müqəddəs Ruhun şərikliyi hamınıza yar olsun!
2 Kori̇nfli̇lərə 13:13
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax19 apr 2024
Yəhya 10:7 · Matta 27:51
18 apr 2024
Qanunun Təkrari 18:18 · Qanunun Təkrari 5:5
17 apr 2024
Zəbur 50:23 · Kolosseli̇lərə 3:16–17
16 apr 2024
Zəbur 31:22 · Zəbur 69:2
15 apr 2024
Yeremya 50:34 · Amos 5:12
14 apr 2024
Zəbur 63:5–6 · Zəbur 139:17–18
