Ya Rəbb, hamının gözü Sənə baxır, Vaxtlı-vaxtında onlara azuqə verirsən.
ZƏBUR 145:15
Gündəlik İşıq

Ya Rəbb, hamının gözü Sənə baxır, Vaxtlı-vaxtında onlara azuqə verirsən.
ZƏBUR 145:15
İnsan əli ilə edilən xidmətə Onun ehtiyacı yoxdur, çünki hər kəsə həyat, nəfəs və hər şeyi verən Odur!
HƏVARİLƏRİN İŞLƏRİ 17:25
Rəbb hamıya xeyirxahlıq edər, Yaratdıqlarının hər birinə mərhəmət göstərər.
ZƏBUR 145:9
Göydə uçan quşlara baxın: onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi?
MATTA 6:26
Burada Yəhudi ilə Yunan arasında fərq yoxdur, hamısının Rəbbi birdir və Onu çağıranların hamısına bol bərəkət verir.
ROMALILARA 10:12
Gözlərimi dağlara dikirəm, Haradan mənə kömək gələcək?
ZƏBUR 121:1
Ağasının əlinə baxan qul kimi, Xanımının əlinə baxan kəniz tək Biz də Allahımız Rəbbə göz dikmişik, Bizə rəhm etməsini gözləyirik.
ZƏBUR 123:2
Amma Rəbb sizə lütf göstərmək üçün gözləyir, Yenə də sizə rəhm etməyə hazırdır, Çünki Rəbb adil Allahdır, Onu intizarla gözləyənlər nə bəxtiyardır!
YEŞAYA 30:18
O gün deyəcəklər: «Budur bizim Allahımız! Ona etibar etdik, O bizi qurtardı, Rəbb Odur, biz Ona ümid etdik. İndi isə O bizi qurtardığına görə Sevinib şadlanaq!»
YEŞAYA 25:9
Amma görmədiyimiz şeyə ümid edəndə onu səbirlə gözləyirik.
ROMALILARA 8:25
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
23 apr 2024
Psalms 18:18
22 apr 2024
Leviticus 1:3-4
21 apr 2024
Philippians 4:1
20 apr 2024
Deuteronomy 13:17
19 apr 2024
John 10:7
18 apr 2024
Deuteronomy 18:18
17 apr 2024
Psalms 50:23
Bağışlanma
Xristianlar həyatın zamana aid aspektlərini keçmiş üçün bağışlanma, indiki zaman üçün ehtiras və gələcək üçün…

Ruhani dəyişiklik
Sözlər güclüdür, millətlərə, cəmiyyətlərə və fərdlərə yaxşılıq və ya pislik üçün təsir edir. Ürəyimiz…
Ailə
Həll olunmamış münaqişələr ailə dağılmalarına səbəb olur. İnkarın, küskünlüyün və qorxunun necə maneə…

Ruhani dəyişiklik
Sözlər güclüdür, millətlərə, cəmiyyətlərə və fərdlərə yaxşılıq və ya pislik üçün təsir edir. Ürəyimiz…
Müqəddəs Yazı
Müqəddəs Kitabı, Allahın Kəlamını araşdırın; o, Onun fikrini, bəşəriyyətin vəziyyətini və xilas yolunu aşkar…
İman
Problemlərin Qoliaf kimi sizi boğmasına imkan verməyin. Qayğılarınızı Allaha buraxmağı, şeytana müqavimət…
Allahın Krallığı
Allahın krallığının ruhani təbiətini, onun tarixi kontekstini və xristianların təbəə kimi necə yaşamalı…