Beləcə Allahın xalqı üçün hələ də bir istirahət qalır.
İBRANİLƏRƏ 4:9
Gündəlik İşıq

Beləcə Allahın xalqı üçün hələ də bir istirahət qalır.
İBRANİLƏRƏ 4:9
Orada pis adamlar belə, kini atır, Yorğunlar rahatlıq tapır, Məhbuslar dinc yaşayır, Nəzarətçinin səsi çıxmır.
ƏYYUB 3:17-18
Onda göydən belə deyən bir səs eşitdim: «Yaz: bundan sonra Rəbdə ölənlər nə bəxtiyardır!» Ruh deyir: «Bəli, onlar zəhmətlərindən ayrılıb rahatlıq tapacaqlar, çünki əməllərinin nəticəsi onların ardınca gedir».
VƏHY 14:13
İsa bu sözləri söylədikdən sonra onlara dedi: «Dostumuz Lazar uyuyub. Mən onu oyatmaq üçün gedirəm».
YƏHYA 11:11
İsa onun ölümü barədə danışmışdı, amma onlar elə bildilər ki, yuxuya getdiyini söyləyib.
YƏHYA 11:13
Bu dünyəvi çadırda ikən hamımız ağır yük altında inləyirik. Çünki soyunmamızı deyil, üstümüzün örtülməsini istəyirik ki, həyat fani şeyləri yeyib-udsun.
2 KORİNFLİLƏRƏ 5:4
Ancaq təkcə yaradılış yox, Ruhun nübarını alan biz özümüz də övladlığa qəbul olunmağımızı, yəni bədənimizin satın alınmasını gözləyərək içimizdə inildəyirik. Çünki biz ümidlə xilas olduq. Amma gözə görünən ümid ümid deyil. Axı kim gördüyü şeyə ümid edər? Amma görmədiyimiz şeyə ümid edəndə onu səbirlə gözləyirik.
ROMALILARA 8:23-25
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
1 mar 2025
Galatians 5:22
28 fev 2025
John 3:16
27 fev 2025
Romans 6:11
26 fev 2025
Lamentations 3:40
25 fev 2025
James 4:7
24 fev 2025
Ezekiel 36:37
23 fev 2025
Hebrews 12:24