15 may 2025
Gündəlik İşıq, 16 may: İsa Məsihin qulu (Romalilara 1:1)
Gündəlik İşıq
İsa Məsihin qulu, həvari olmağa çağırılmış.
Romalilara 1:1
Siz Məni “Müəllim” və “Rəbb” deyə çağırırsınız və doğru deyirsiniz, çünki Mən elə Oyam.
Yəhya 13:13
Kim Mənə xidmət etmək istəsə, ardımca gəlsin. Mən harada olacağamsa, Mənim xidmətçim də orada olacaq. Kim Mənə xidmət etsə, Ata ona hörmət edəcək.
Yəhya 12:26
Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız. Çünki mənim boyunduruğum rahat və yüküm yüngüldür.
Matta 11:29–30
Amma mənə fayda gətirən nə varsa, Məsih uğrunda ziyan saymışam.
Fi̇li̇pi̇li̇lərə 3:7
Amma indi günahdan azad edilib Allaha qul olduğunuz üçün götürdüyünüz bəhrə sizi müqəddəsliyə aparır və bunun axırı da əbədi həyatdır.
Romalilara 6:22
Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim.
Yəhya 15:15
Buna görə də sən artıq kölə deyil, övladsan.
Qalati̇yalilara 4:7
Məsih azad olmağımız üçün bizi azad etdi. Ona görə də möhkəm durun və yenidən köləlik boyunduruğuna tabe olmayın. Qardaşlar, siz azadlığa dəvət olunmusunuz. Amma bu azadlığı cismani təbiət üçün fürsətə çevirməyin.
Qalati̇yalilara 5:1, 13
Mənə nəsihət verən Rəbbə alqış edirəm.
Zəbur 16:7
Onun adı Ecazkar Məsləhətçi.
Yeşaya 9:6
Nəsihət, sağlam şüur mənimdir, İdrak mənəm, qüvvəm var.
Süleymanin Məsəlləri̇ 8:14
Sözün addımıma çıraqdır, Yollarıma işıqdır.
Zəbur 119:105
Bütün qəlbinlə Rəbbə güvən, Öz idrakına etibar etmə. Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər.
Süleymanin Məsəlləri̇ 3:5–6
Ya Rəbb, bilirəm ki, İnsanın ömrü öz əlində deyil. Addımlarını düzəltmək Gedən adamın işi deyil.
Yeremya 10:23
Sağa ya sola azdığınız vaxt Arxanızdan «Yol budur, gedin bu yolla» Deyilən səsi eşidəcəksiniz.
Yeşaya 30:21
Görəcəyin işləri Rəbbə ver, Onda niyyətlərin yerinə yetər.
Süleymanin Məsəlləri̇ 16:3
Amma tutduğum yolu O tanıyır.
Əyyub 23:10
Kişiyə addım atdıran Rəbdir. Bəs tutduğu yolu insan necə anlasın?
Süleymanin Məsəlləri̇ 20:24
Nəsihətinlə mənə yol göstərirsən, Sonra məni şərəfə çatdıracaqsan.
Zəbur 73:24
«Əbədi, sonsuzadək Bu Allah bizim Allahımızdır. Ömrümüzün sonunadək O bizə yol göstərəcək!»
Zəbur 48:14
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax14 may 2025
Fi̇li̇pi̇li̇lərə 3:10 · Matta 10:25
13 may 2025
1 Ti̇moteyə 2:8 · Yəhya 4:23–24
12 may 2025
1 Yəhya 4:7 · Romalilara 5:5
11 may 2025
1 Kori̇nfli̇lərə 15:34 · 1 Saloni̇kli̇lərə 5:5–6
10 may 2025
1 Yəhya 3:8 · Efesli̇lərə 6:12
9 may 2025
İbrani̇lərə 11:1 · 1 Kori̇nfli̇lərə 15:19
