5 apr 2026
Gündəlik İşıq, 6 aprel: Sülh Hökmdarı olacaq (Yeşaya 9:6)
Gündəlik İşıq
Çünki O onlar üçün vəsatətçilik etməkdən ötrü həmişə yaşayır.
İbrani̇lərə 7:25
Məhkum edən kimdir? Ölmüş ... həm də bizim üçün vəsatətçilik edir.
Romalilara 8:34
Məsih əsl Müqəddəs məkanın nümunəsi olub insan əli ilə qurulan Müqəddəs məkana deyil, göyün özünə daxil oldu ki, indi bizim üçün Allahın hüzurunda zahir olsun.
İbrani̇lərə 9:24
Əgər kimsə günah etsə belə, Atanın hüzurunda Vəsatətçimiz var; O, saleh olan İsa Məsihdir.
1 Yəhya 2:1
Çünki bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır.
1 Ti̇moteyə 2:5
Beləliklə, Allahın Oğlu İsa göylərdən keçən böyük Baş Kahinimiz olduğuna görə əqidəmizi möhkəm tutaq. Çünki bizim Baş Kahinimiz belə deyil ki, zəifliklərimizdə bizim halımıza acıya bilməsin. Əksinə, hər cəhətdən bizim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir. Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq.
İbrani̇lərə 4:14–16
Çünki hər iki tərəfdən olan bizlər Onun vasitəsilə bir Ruhda Atanın hüzuruna çıxa bilərik.
Efesli̇lərə 2:18
İsmini tanıyanlar Sənə güvənir, Çünki, ya Rəbb, Səni axtaranları tərk etməzsən!
Zəbur 9:10
İsrail əmin-amanlıqda yaşayacaq. Onu “Rəbb salehliyimizdir” çağıracaqlar.
Yeremya 23:6
Ey Xudavənd Rəbb, qüdrətinlə dolanıb-gəzəcəyəm, Sənin, yalnız Sənin salehliyini bəyan edəcəyəm.
Zəbur 71:16
Onun adı Ecazkar Məsləhətçi.
Yeşaya 9:6
Ya Rəbb, bilirəm ki, İnsanın ömrü öz əlində deyil. Addımlarını düzəltmək Gedən adamın işi deyil.
Yeremya 10:23
Qüdrətli Allah, Əbədi Ata.
Yeşaya 9:6
Çünki Kimə iman etdiyimi bilirəm və əminəm ki, mənə verdiyi əmanəti qiyamət gününə qədər saxlamağa qadirdir.
2 Ti̇moteyə 1:12
Sülh Hökmdarı olacaq.
Yeşaya 9:6
Çünki Məsih Özü barışığımızdır.
Efesli̇lərə 2:14
Imanla saleh sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmış oluruq.
Romalilara 5:1
Rəbbin adı qüvvətli bir qaladır, Saleh qaçıb ona pənah aparır.
Süleymanin Məsəlləri̇ 18:10
Kömək üçün Misirə enənlərin.
Yeşaya 31:1
Quş qanad açıb necə balalarını qoruyursa, Ordular Rəbbi Yerusəlimi də belə qoruyacaq, Müdafiə edəcək, qurtaracaq, saxlayacaq, xilas edəcək.
Yeşaya 31:5
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax4 apr 2026
Vəhy 1:17 · İbrani̇lərə 12:18
3 apr 2026
2 Peter 3:8–9 · Yeşaya 55:8–11
2 apr 2026
1 Yəhya 5:21 · 2 Kori̇nfli̇lərə 6:17–18
1 apr 2026
Qalati̇yalilara 5:22 · Romalilara 14:17
31 mar 2026
Fi̇li̇pi̇li̇lərə 4:19 · Matta 6:33
30 mar 2026
Yaradiliş 24:63 · Zəbur 19:14
