6 sen 2026
Gündəlik İşıq, 7 sentyabr: Bir də deyirəm: sevinin!
Gündəlik İşıq
Ümidinizlə sevinin.
Romalilara 12:12
İmanınız və məhəbbətiniz göylərdə sizin üçün saxlanan şeylərə bağladığınız ümiddən qaynaqlanır.
Kolosseli̇lərə 1:5
Əgər yalnız bu həyat üçün Məsihə ümid bağlamışıqsa, biz hamıdan yazığıq.
1 Kori̇nfli̇lərə 15:19
Allahın Padşahlığına çox əziyyətlərdən keçərək girməliyik.
Həvari̇ləri̇n İşləri̇ 14:22
Öz çarmıxını daşıyıb ardımca gəlməyən kəs də Mənim şagirdim ola bilməz.
Luka 14:27
Belə ki qoy bu əziyyətlərdən heç kim sarsılmasın. Özünüz bilirsiniz ki, biz bunun üçün təyin olunmuşuq.
1 Saloni̇kli̇lərə 3:3
Rəbdə həmişə sevinin! Bir də deyirəm: sevinin!
Fi̇li̇pi̇li̇lərə 4:4
Qoy ümid mənbəyi olan Allah iman edən sizləri hər cür şadlıq və sülhlə doldursun ki, Müqəddəs Ruhun qüdrəti ilə ümidlə dolub-daşasınız.
Romalilara 15:13
Rəbbimiz İsa Məsihin Allahına – Atasına alqış olsun! O Öz böyük mərhəmətinə görə yenidən doğulmamızı təmin etdi. İsa Məsihin ölülər arasından dirilməsi ilə bizi canlı ümidə.
1 Peter 1:3
Siz İsa Məsihi görməmisiniz, amma Onu sevirsiniz. Hətta siz Onu indi də görmürsünüz, lakin Ona iman edib təsvirolunmaz və izzətli sevinclə hədsiz sevinirsiniz.
1 Peter 1:8
Elə Məsihin vasitəsilə də daxilində qaldığımız lütfə imanla nail olduq və Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik.
Romalilara 5:2
Budur, bir məzlum, bir fəqirəm, Lakin Xudavənd qayğıma qalır.
Zəbur 40:17
Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim.
Yeremya 29:11
Çünki Mənim fikirlərim sizin fikirləriniz deyil, Sizin yollarınız Mənim yollarım deyil» Rəbb belə bəyan edir. «Çünki göylər yer üzündən nə qədər yüksəkdirsə, Yollarım da sizin yollarınızdan, Fikirlərim də sizin fikirlərinizdən o qədər yüksəkdir.
Yeşaya 55:8–9
Ey Allah, mənim üçün fikirlərinin qiyməti çoxdur, Onların sayı-hesabı yoxdur! Saysaydım onları, qum dənələrindən çox olardı, Oyananda yenə mən Səninləyəm.
Zəbur 139:17–18
Ya Rəbb, Sənin işlərin nə qədər əzəmətlidir, Sənin fikirlərin dərindən dərindir!
Zəbur 92:5
Ya Rəbb Allahım, Sənə bənzəyən yoxdur! Bizə aid xariqələrin.
Zəbur 40:5
Nüfuzlu və yaxud əsilzadə deyildiniz.
1 Kori̇nfli̇lərə 1:26
Dinləyin: Allah bu dünyada kasıbları imanda zənginləşmək və Onu sevənlərə vəd etdiyi Padşahlığın varisi olmaq üçün seçmədimi?
Yaqub 2:5
Elə bil heç nəyimiz yoxdur, amma hər şeyə sahibik.
2 Kori̇nfli̇lərə 6:10
Məsihin ağlasığmaz zənginliyi ilə bağlı Müjdəni millətlərə yayım.
Efesli̇lərə 3:8
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax5 sen 2026
1 Kori̇nfli̇lərə 12:12 · Kolosseli̇lərə 1:18
4 sen 2026
Rut 3:18 · Yeşaya 7:4
3 sen 2026
Çixiş 13:7 · Süleymanin Məsəlləri̇ 8:13
2 sen 2026
Zəbur 27:14 · Yeşaya 40:28–29
1 sen 2026
Qalati̇yalilara 5:22–23 · Yeşaya 29:19
31 avq 2026
Romalilara 5:16 · Yeşaya 1:18
