26 sen 2026
Gündəlik İşıq, 27 sentyabr: Süleymanin Məsəlləri̇ 16:5
Gündəlik İşıq
Allahın qüdrətli əli altında özünüzü aşağı tutun, onda Allah sizi vaxtı çatanda ucaldacaq.
1 Peter 5:6
Rəbb qəlbi təkəbbürlülərdən ikrah edər, Doğrudan da, onlar cəzasız qalmaz.
Süleymanin Məsəlləri̇ 16:5
Ya Rəbb, Sənsən Atamız: Biz gilik, Sən isə dulusçu, Biz hamımız Sənin əlinin işiyik. Ya Rəbb, çox qəzəblənmə, Şər əməllərimizi heç vaxt xatırlama, Hamımız Sənin xalqınıq, bunu nəzərə al.
Yeşaya 64:8–9
Sən məni Öyrədilməmiş dana kimi tərbiyələndirdin, Mən də tərbiyə aldım. Məni geri qaytar, qayıdım, Çünki Allahım Rəbb Sənsən. Mən yolumdan azdıqdan sonra tövbə etdim, Ağlım başıma gələndə əllərimi yanıma çırpdım. Cavanlığımda etdiyim eyib işlərdən Utandım, rüsvay oldum.
Yeremya 31:18–19
Yaxşı olar ki, insan Boyunduruğunu gənc yaşından daşısın.
Mərsi̇yələr 3:27
Axı torpaqdan bəla gəlməz, Əzab yerdən bitməz. Sanki havaya atılan qığılcımdır, İnsan əzab çəkmək üçün doğulur.
Əyyub 5:6–7
Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?
Yaradiliş 3:1
O zaman sınağaçəkən yaxınlaşıb Ona dedi: Əgər Sən Allahın Oğlusansa.
Matta 4:3
İsa ona dedi: «“Allahın Rəbbi sınama” deyə də yazılmışdır» ... Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et deyə yazılmışdır.
Matta 4:4, 7, 10
Bundan sonra iblis İsanı tərk etdi və mələklər gəlib Ona xidmət edirdi.
Matta 4:11
Səninlə qayıdıb evinə getmərəm ... Çünki Rəbbin sözü ilə mənə deyildi: “Orada çörək yeyib su içmə və getdiyin yolla geri qayıtma”. Qoca peyğəmbər ona dedi: «Mən də sənin kimi bir peyğəmbərəm. Bir mələk Rəbbin sözü ilə mənə dedi: “Onu qaytarıb özünlə evinə gətir, çörək yeyib su içsin”». Ancaq bunu ona yalandan söylədi. Allah adamı onunla qayıtdı ... O, Rəbbin sözünə qarşı gedən Allah adamıdır. Rəbb də ona söylədiyi sözə görə onu şirə verdi və şir onu didib öldürdü.
Bi̇ri̇nci̇ Padşahlar 13:16–19, 26
Amma istər biz, istərsə göydən gələn bir mələk belə, bizim sizə yaydığımız Müjdəyə zidd bir şeyi müjdə kimi yaysa, ona lənət olsun!
Qalati̇yalilara 1:8
Sənə qarşı günah etməyim deyə Kəlamını qəlbimdə qoruyub saxlamışam.
Zəbur 119:11
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax25 sen 2026
Yaqub 1:4 · 1 Peter 1:6–7
24 sen 2026
Zəbur 73:28 · Zəbur 26:8
23 sen 2026
Ezra 9:9 · 1 Peter 4:12
22 sen 2026
Zəbur 104:34 · Nəğmələr Nəğməsi̇ 2:3
21 sen 2026
Romalilara 8:28 · Zəbur 76:10
20 sen 2026
Süleymanin Məsəlləri̇ 3:13 · Süleymanin Məsəlləri̇ 8:35
