27 sen 2026
Gündəlik İşıq, 28 sentyabr: Beləcə kahinlər Mənim adımla
Gündəlik İşıq
Beləcə kahinlər Mənim adımla İsrail övladlarına xeyir-dua verəndə Mən də onlara xeyir-dua verəcəyəm.
Saylar 6:27
Ey Allahımız Rəbb, Səndən savayı başqa ağalar üzərimizdə hökm sürürdü, Lakin biz yalnız Sənin adını tanıyırıq.
Yeşaya 26:13
Əzəldən bəri heç vaxt Hakimlik etmədiyin xalqa bənzədik, Sanki Sənin adına bağlı xalq olmamışıq.
Yeşaya 63:19
Yer üzərindəki bütün xalqlar Rəbbə məxsus olduğunuzu görüb sizdən qorxacaq.
Qanunun Təkrari 28:10
Amma Rəbb xalqını Öz böyük ismi naminə atmayacaq, ona görə ki sizi Öz xalqı etmək Rəbbin xoşuna gəlmişdi.
Bi̇ri̇nci̇ Şamuel 12:22
Ey Xudavənd, eşit, ey Xudavənd, bağışla, ey Xudavənd, diqqət et və hərəkətə gəl. Ey Allahım, Öz adın naminə gecikmə, çünki şəhərin və xalqın Sənə məxsusdur.
Dani̇el 9:19
Ey bizi qurtaran Allah, İsmin şərəfinə Sən bizə yardım et, Günahlarımızı kəffarə edərək İsmin naminə Sən bizi xilas et. Niyə millətlər «Hanı onların Allahı?» desinlər?
Zəbur 79:9–10
Rəbbin adı qüvvətli bir qaladır, Saleh qaçıb ona pənah aparır.
Süleymanin Məsəlləri̇ 18:10
Göylər Allahın əzəmətini bəyan edir, Göy qübbəsi əllərinin işini elan edir.
Zəbur 19:1
Dünyanın yaradılışından bəri Allahın gözə görünməyən xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları vasitəsilə üzə çıxır.
Romalilara 1:20
Lakin yenə də Özünü şahidsiz qoymadı. Sizə yaxşılıq edərək göydən yağışlar yağdırır.
Həvari̇ləri̇n İşləri̇ 14:17
Hər gün ertəsi günə nəql edir, Hər gecə o biri gecəyə bilik verir. Onların nə nitqi, nə də sözləri var, Onların səsləri eşidilmir.
Zəbur 19:2–3
Əllərinin işi olan göyləri, Öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm: «İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?»
Zəbur 8:3–4
Günəşin ehtişamı başqa, ayın ehtişamı başqa, ulduzların ehtişamı başqadır. Ulduz da digər ulduzdan ehtişamına görə fərqlənir. Ölülərin dirilməsi də belədir. Əkilən toxum çürüyər.
1 Kori̇nfli̇lərə 15:41–42
Ağıllı adamlar göy qübbəsinin parıltısı kimi, çoxunu salehliyə döndərənlər ulduzlar kimi əbədi və daim parlayacaq.
Dani̇el 12:3
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax26 sen 2026
Qanunun Təkrari 32:4 · 1 Peter 2:23
25 sen 2026
Yaqub 1:4 · 1 Peter 1:6–7
24 sen 2026
Zəbur 73:28 · Zəbur 26:8
23 sen 2026
Ezra 9:9 · 1 Peter 4:12
22 sen 2026
Zəbur 104:34 · Nəğmələr Nəğməsi̇ 2:3
21 sen 2026
Romalilara 8:28 · Zəbur 76:10
