Amma əsgərlərdən biri Onun böyrünü nizə ilə deşdi, o anda oradan qan və su axdı.
Yəhya 19:34
Gündəlik İşıq
Amma əsgərlərdən biri Onun böyrünü nizə ilə deşdi, o anda oradan qan və su axdı.
Yəhya 19:34
Sonra Musa qanı götürüb xalqın üstünə səpərək dedi: «Budur bütün bu sözlərə görə Rəbbin sizinlə kəsdiyi əhdin qanı».
Çixiş 24:8
çünki hər məxluqa həyat verən qandır. Mən onu həyatınızın kəffarəsi üçün qurbangahda təqdim olunmağa təyin etmişəm; çünki həyat verdiyinə görə kəffarə edən qandır.
Levi̇li̇lər 17:11
Çünki buğaların və təkələrin qanı ilə günahları aradan qaldırmaq qeyri-mümkündür.
İbrani̇lərə 10:4
İsa onlara dedi: «Bu, Əhdin bağlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır.
Mark 14:24
təkələrlə danaların qanı ilə yox, Öz qanı ilə Ən Müqəddəs yerə birdəfəlik daxil oldu; əbədi satınalınmanı təmin etdi.
İbrani̇lərə 9:12
və Onun vasitəsilə, çarmıxda axıdılan qanı ilə barışıq yaradaraq həm yerdə, həm də göylərdə olan hər şeyi Özü ilə barışdırmağa razı oldu.
Kolosseli̇lərə 1:20
Bildiyiniz kimi, siz ata-babalarınızdan irs olaraq aldığınız puç həyat tərzindən qızıl ya gümüş kimi fani şeylərlə deyil, qüsursuz və ləkəsiz quzuya bənzəyən Məsihin qiymətli qanı bahasına satın alınmısınız. Dünya yaranmazdan əvvəl tanınmış Məsih bu axır zamanda sizə görə zühur etdi.
1 Peter 1:18–20
Üstünüzə təmiz su səpəcəyəm, pak olacaqsınız. Sizi bütün murdarlıqlarınızdan və bütlərinizdən təmizləyəcəyəm.
Yezekel 36:25
Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq.
İbrani̇lərə 10:22
Bizi sınağa çəkmə, Lakin bizi şər olandan xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin.”
Matta 6:13
Yehoyada oğlu Benaya cavab verib dedi: «Amin! Ağam padşahın Allahı Rəbb belə istəyir.
Bi̇ri̇nci̇ Padşahlar 1:36
Ölkədə kim xeyir-dua istəsə, Sadiq Allahdan diləyəcək. Ölkədə kim and içsə, Sadiq Allahın adı ilə and içəcək. Çünki keçmiş əziyyətlər unudulub Gözümün önündən yox olacaq.
Yeşaya 65:16
Allah İbrahimə vəd verdiyi vaxt adına and içmək üçün Özündən üstün birinin olmadığına görə Öz varlığına and içərək dedi:
İbrani̇lərə 6:13
İnsanlar özlərindən daha üstün olanın adına and içirlər və sözlərini təsdiq edən and hər iddiaya son qoyur. Eləcə də Allah vədin varislərinə iradəsinin dəyişməzliyini daha açıq-aşkar etmək istəyərək Öz vədini andla təsdiqlədi. Belə ki qarşımıza qoyulan ümidə bağlanmaq üçün Allaha sığınan bizlər Allahın bunlarda yalan danışması qeyri-mümkün olduğuna görə iki dəyişilməz şeydə – Onun vəd və andında böyük təsəlliyə malik olaq.
İbrani̇lərə 6:16–18
Laodikeyada olan cəmiyyətin mələyinə yaz: Amin Olan, sadiq və etibarlı Şahid, Allahın yaratdıqlarının Mənşəyi belə deyir:
Vəhy 3:14
Çünki Allahın bütün vədləri İsa Məsihdə «bəli»dir. Buna görə Allahın izzəti üçün Məsih vasitəsilə «Amin» deyirik.
2 Kori̇nfli̇lərə 1:20
Alqış olsun Rəbb Allaha, İsrailin Allahına, Xariqələrin yeganə yaradanına! Onun şərəfli ad-sanına əbədi alqış olsun, Bütün yer üzü Onun izzətinə bürünsün! Amin! Amin!
Zəbur 72:18–19
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax17 okt 2026
16 okt 2026
15 okt 2026
14 okt 2026
13 okt 2026
12 okt 2026
11 okt 2026

Qurtuluş
İsanın qurbanının əbədi ölümdən necə xilas təklif etdiyini kəşf edin, eynilə bir sağ qalanın ağıllı…

Xristologiya
Bizim möhtəşəm Müqəddəs Kitabımızın sonuncu kitabı belə başlayır: “İsa Məsihin vəhyi, hansını ki, Allah Öz…

İsa Məsih
İsanın Müqəddəs Yazılardan nə qədər tez-tez sitat gətirdiyini və bunun Onun xidmətinə dərin təsirini kəşf…
Məsəllər
Mark 4-dəki məsəlləri, o cümlədən əkinçi, çıraqdan, böyüyən toxum və xardal toxumu məsəllərini araşdırın.

Esxatologiya
Rəbb İsa Məsihin qayıdışı ilə bağlı Müqəddəs Kitab peyğəmbərliklərini və vədlərini araşdırın, Onun ilk…

İlahi Mühakimə
Yeremyanın həyatını araşdırın, böyük müxalifətə və əzablara baxmayaraq, Allahın Kəlamı ilə dəstəklənərək…