Ey mənə qüvvət verən, Səni gözləyirəm! Ey Allahım, qalamsan,
Zəbur 59:9
Gündəlik İşıq
Ey mənə qüvvət verən, Səni gözləyirəm! Ey Allahım, qalamsan,
Zəbur 59:9
O belə oxudu: Rəbb qayam, qalamdır, xilaskarımdır, Allahım qayamdır, Ona pənah gətirəcəyəm, Odur qalxanım, qüvvətli qurtarıcım, qülləm, Sığınacaq yerim, xilaskarım! Sən məni zalımların əlindən qurtarırsan!
İki̇nci̇ Şamuel 22:2–3
Rəbb qalam, sipərimdir! Qəlbim Ona güvənəndə köməyimə çatır. Sevincdən qəlbim cuşa gəlir, İlahilərimlə Ona şükür edirəm.
Zəbur 28:7
Beləcə qərbdən şərqədək adamlar Rəbbin adından və əzəmətindən qorxacaq. Çünki düşmən azğın bir çay kimi gəldikdə Rəbbin nəfəsi onu qovacaq.
Yeşaya 59:19
Buna görə biz arxayınlıqla deyirik: «Rəbb mənə yardım edəndir, heç qorxmaram. İnsan mənə nə edə bilər?»
İbrani̇lərə 13:6
Rəbdir nurum, qurtuluşum! Mən kimdən qorxum? Rəbdir ömrümün qalası, Mən kimdən vahimələnim?
Zəbur 27:1
Dağlar Yerusəlimi dövrəyə aldığı kimi Rəbb də indidən sonsuzadək xalqının ətrafındadır.
Zəbur 125:2
Sən mənə kömək oldun, Qanadlarının kölgəsində Sənə mədh oxuyacağam.
Zəbur 63:7
Çünki qayam da Sən, qalam da Sənsən! Öz ismin naminə mənə yol göstərib rəhbərlik et.
Zəbur 31:3
Bizə borclu olanları bağışladığımız kimi Bizim borclarımızı da bağışla.
Matta 6:12
O zaman Peter gəlib İsaya dedi: «Ya Rəbb! Qardaşım mənə qarşı günah işlədərsə, neçə dəfə mən onu bağışlamalıyam? Yeddi dəfəmi?» İsa ona dedi: «Sənə deyirəm: yeddi dəfə yox, yetmiş dəfə yeddi.
Matta 18:21–22
Onda ağa o qulu yanına çağırıb dedi: “Ey pis qul, bütün o borcu sənə bağışladım, çünki mənə yalvardın. Mən sənə mərhəmət etdiyim kimi sən də yoldaşına mərhəmət etməli deyildinmi?” Ağası qəzəblənib bütün borcunu ödəyənə qədər onu işgəncə verənlərə təslim etdi. Hər biriniz qardaşlarınızı ürəkdən bağışlamasanız, Səmavi Atam da sizə elə edər».
Matta 18:32–35
Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın.
Efesli̇lərə 4:32
Siz təqsirləriniz və cismani sünnətsizliyiniz üzündən ölü ikən Allah sizə Məsihlə birgə həyat verdi və bütün təqsirlərimizi bağışlayıb tələbləri ilə əleyhimizə və zərərimizə olan borc sənədini ləğv etdi, onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü.
Kolosseli̇lərə 2:13–14
Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın.
Kolosseli̇lərə 3:13
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax14 okt 2026
13 okt 2026
12 okt 2026
11 okt 2026
10 okt 2026
9 okt 2026
8 okt 2026

Ürək
Davudun ürəyinin onu Allahın ürəyinə uyğun bir adam edən keyfiyyətlərini araşdırın. Onun bütövlüyünü…

Etibar
Bir pastor şəxsi sağlamlıq böhranını idarə etmək və Allaha daha dərin güvən tapmaq təcrübəsini bölüşür.

İbadət
Yüksəliş Zəburlarını (120-134), İsrail zəvvarları üçün tarixi kontekstlərini və bu gün xristianlar üçün…

Evlilik
Allahın xristian ərlərə və atalara verdiyi yeddi məsuliyyəti, o cümlədən rəhbərlik etmək, sevmək və sadiq…

Məmnunluq
Materializmi necə aşmağı və Məsihdə həqiqi məmnuniyyət tapmağı öyrənin. İsa üzərində fokuslanmağın və…
Müqəddəsləşmə
İmanlıların günah üzərində qələbəni qanun vasitəsilə deyil, Ruh vasitəsilə necə yaşadığını araşdırın. Məsihdə…