14-Buna görə göylərdə və yer üzündə hər ailəyə ad verən Atanın qarşısında diz çökürəm ki,
Efesli̇lərə 3:15
Gündəlik İşıq
14-Buna görə göylərdə və yer üzündə hər ailəyə ad verən Atanın qarşısında diz çökürəm ki,
Efesli̇lərə 3:15
hamının Allahı və Atası birdir. O hamı üzərində, hamı ilə və hamıdadır.
Efesli̇lərə 4:6
Siz hamınız Məsih İsaya olan iman vasitəsilə Allahın övladlarısınız.
Qalati̇yalilara 3:26
Vaxt tamam olanda isə bu niyyətini yerinə yetirərək həm göylərdə, həm də yerdə olan hər şeyi Məsihdə birləşdirəcək.
Efesli̇lərə 1:10
Çünki təqdis edən Şəxsin və təqdis olunanların hamısının Atası eynidir. Bu səbəbdən İsa onları qardaş çağırmaqdan utanmayıb deyir:
İbrani̇lərə 2:11
Əlini şagirdlərinə doğru uzadaraq dedi: «Mənim anam və qardaşlarım bunlardır. Çünki kim göylərdə olan Atamın iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam odur».
Matta 12:49–50
İsa ona dedi: «Mənə toxunma, çünki Mən hələ Atanın yanına qalxmamışam. Amma qardaşlarımın yanına gedib onlara söylə: Öz Atamın – sizin Atanızın, Öz Allahımın – sizin Allahınızın yanına qalxıram».
Yəhya 20:17
Quzu beşinci möhürü açanda qurbangahın altında Allahın kəlamına və etdikləri şəhadətə görə kəsilən canları gördüm. Onlar uca səslə fəryad edirdi: «Ey müqəddəs və haqq olan Pərvərdigar, nə vaxta kimi mühakimə etməyib yer üzündə yaşayanlardan qanımızın qisasını almayacaqsan?» Onda hər birinə ağ xalat verilib deyildi ki, özləri ilə birgə qulluq edən, onlar kimi öldürüləcək bacı-qardaşlarının sayı tamam olana qədər bir az vaxt da rahat olsunlar.
Vəhy 6:9–11
Çünki Allah bizim üçün daha yaxşı şey hazırlamışdır ki, onlar bizsiz kamilliyə çatmasın.
İbrani̇lərə 11:40
Buna görə siz belə dua edin: “Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun,
Matta 6:9
İsa bunları söylədikdən sonra başını göyə qaldırıb dedi: «Ey Ata, vaxt gəldi; Öz Oğlunu izzətləndir ki, Oğul da Səni izzətləndirsin.
Yəhya 17:1
İsa ona dedi: «Mənə toxunma, çünki Mən hələ Atanın yanına qalxmamışam. Amma qardaşlarımın yanına gedib onlara söylə: Öz Atamın – sizin Atanızın, Öz Allahımın – sizin Allahınızın yanına qalxıram».
Yəhya 20:17
Siz hamınız Məsih İsaya olan iman vasitəsilə Allahın övladlarısınız.
Qalati̇yalilara 3:26
Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız; övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha «Abba, Ata» deyə nida edirik. Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övladlarıyıq.
Romalilara 8:15–16
Övladlar olduğunuz üçün Allah Öz Oğlunun «Abba, Ata!» deyərək nida edən Ruhunu ürəklərimizə göndərdi. Buna görə də sən artıq kölə deyil, övladsan. Əgər övladsansa, həmçinin Allahın təyin etdiyi varissən.
Qalati̇yalilara 4:6–7
O gün Məndən heç nə soruşmayacaqsınız. Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək. İndiyə qədər Mənim adımla heç nə diləmədiniz. Diləyin, alacaqsınız, ta ki sevinciniz kamil olsun.
Yəhya 16:23–24
Ona görə «aralarından çıxıb ayrılın» Rəbb belə deyir, «Murdar şeylərə toxunmayın»; «Mən də sizi qəbul edəcəyəm». «Mən sizə Ata olacağam, Siz də Mənə oğullar və qızlar olacaqsınız» Külli-İxtiyar Rəbb belə deyir.
2 Kori̇nfli̇lərə 6:17–18
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax9 okt 2026
8 okt 2026
7 okt 2026
6 okt 2026
5 okt 2026
4 okt 2026
3 okt 2026

Möcüzələr
Ölülərdən dirildilən bir adam haqqında viral videonun iddialarını təhlil edin, onu dirilmə, cənnət və…

Xristologiya
Əhdi-Ətiqdə Məsihin dirilməsinin ilk meyvələr dəstəsində, omerdə və müxtəlif ət qurbanlarında təsvirlərini…

Ümid
Çətin zamanlarda ailəniz üçün ümid tapın. Bu məqalə Allahın dəyişməz təbiətinin, Kəlamının və duanın həqiqi…

Peyğəmbərlik
Müqəddəs Kitab gələcək vahid dünya kilsəsi haqqında nə deyir? Müqəddəs Yazıların Kilsə, apostasiya və son…
Lütf
Əhdi-Ətiqdə Allah bir millət, İsraili seçdi və onlarla xüsusi bir əlaqəsi vardı. Lakin, Yeni Əhdi-Cədidin…

Məsihçi həyatı
Süleymanın nəğməsindən möminlərə, kilsəsinə və yəhudi qalığına Məsihin sevgisinin artan möcüzəsini açan üç…