Musa əlində iki şəhadət lövhəsi tutub Sina dağından enəndə bilmirdi ki, Rəblə danışdığına görə üzü nur saçır.
Çixiş 34:29
Gündəlik İşıq
Musa əlində iki şəhadət lövhəsi tutub Sina dağından enəndə bilmirdi ki, Rəblə danışdığına görə üzü nur saçır.
Çixiş 34:29
Bizi yox, ya Rəbb, bizi yox, Məhəbbətin, sədaqətin naminə Öz adını şərəfləndir.
Zəbur 115:1
Onda salehlər Ona cavab verib deyəcəklər: “Ya Rəbb, biz Səni nə vaxt ac görüb yemək verdik və ya susamış görüb su verdik?
Matta 25:37
Heç bir işi özünü göstərərək və ya lovğalıqla etməyin. Qoy hər biriniz itaətkarlıqda digərini özündən üstün saysın
Fi̇li̇pi̇li̇lərə 2:3
Eyni ilə, siz də, ey gənclər, ağsaqqallara tabe olun. Hamınız bir-birinizə itaətkarlıq göstərin. Çünki «Allah məğrurlara qarşıdır, itaətkarlara isə lütf göstərər».
1 Peter 5:5
Onların qarşısında görünüşü dəyişdi. Üzü günəş kimi parladı və libası işıq kimi ağ oldu.
Matta 17:2
Ali Şurada oturanların hamısı Stefana diqqətlə baxanda gördü ki, onun üzü bir mələyin üzünə bənzəyir.
Həvari̇ləri̇n İşləri̇ 6:15
Mənə verdiyin izzəti Mən də onlara verdim ki, Biz bir olduğumuz kimi onlar da bir olsun.
Yəhya 17:22
Biz hamımız niqabsız üzdə Rəbbin ehtişamını əks etdirərək Rəbbin surətində dəyişilirik. Ruh olan Rəbdən yaranan bu ehtişam get-gedə bizdə görünməyə başlayır.
2 Kori̇nfli̇lərə 3:18
Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz. Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın.
Matta 5:14–15
Davud Filiştlilərlə birgə müharibə etmək üçün Şaulun üstünə gələndə Menaşşelilərdən də bəzisi Davudun tərəfinə keçdi, ancaq Filiştlilərə kömək etmədilər. Çünki Filiştlilərin ağaları məsləhətləşib «Davud bizim başımızı verib ağası Şaulla barışacaq» dedilər və onu geri göndərdilər.
Bi̇ri̇nci̇ Salnamələr 12:19
Onlar quldur dəstəsinə qarşı döyüşdə Davuda kömək etdilər, çünki onların hamısı igid adamlar idi. Sonra onlar qoşun başçıları oldu.
Bi̇ri̇nci̇ Salnamələr 12:21
Lakin Ruh hər kəsə xeyri üçün aşkar olunur.
1 Kori̇nfli̇lərə 12:7
İssakarlılardan dövrün vəziyyətinə görə İsrailə nə etmək lazım gəldiyini bilən adamlar – iki yüz nəfər başçı və onların əmri altında olan bütün qohumları;
Bi̇ri̇nci̇ Salnamələr 12:32
Birinə Ruh vasitəsilə hikmət sözü, başqasına isə eyni Ruhla bilik sözü verilir.
1 Kori̇nfli̇lərə 12:8
Zevulunlulardan döyüşməyi bacaran, bütün silahlarla döyüş nizamını qura bilən və sidq ürəkdən kömək edən əlli min nəfər;
Bi̇ri̇nci̇ Salnamələr 12:33
O qərarsızdır, heç bir yolunda sabit deyil.
Yaqub 1:8
bədəndə ayrı-seçkilik olmasın, əksinə, bütün üzvlər bir-birinə eyni qayğı göstərsin. Buna görə əgər bir üzv əzab çəkirsə, başqaları da onunla birgə əzab çəkir. Üzvlərdən biri şərəfə çatırsa, başqaları da onunla birgə sevinir.
1 Kori̇nfli̇lərə 12:25–26
Rəbb bir, iman bir, vəftiz bir,
Efesli̇lərə 4:5
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax3 okt 2026
2 okt 2026
1 okt 2026
30 sen 2026
29 sen 2026
28 sen 2026
27 sen 2026

Ailə
Allah sizi ailənizə xüsusi ehtiyacları qarşılamaq üçün unikal hədiyyələrlə strateji şəkildə yerləşdirdi…

Birlik
Məsih düşüncəsinin möminlər arasında necə güclü birlik yaratdığını kəşf edin. Erkən kilsənin ünsiyyət və…

Birlik
Erkən kilsənin Məsihin düşüncəsinə əsaslanan birliyinin necə partlayıcı evangelizmi təmin etdiyini kəşf edin.

Müqəddəs Kitab Öyrənməsi
Müqəddəs Kitabın özünü ruhani qida, yol göstərən işıq və təmizləyici güzgü kimi metaforalarla necə təsvir…

Peyğəmbərlik
Müqəddəs Kitab gələcək vahid dünya kilsəsi haqqında nə deyir? Müqəddəs Yazıların Kilsə, apostasiya və son…

Əbədi Həyat
Rəbb İsa bizim ölü ruhlarımıza verəcəyi yeni bir həyat növündən danışdı. O, bunu bol həyat (Yəh. 10:10) və…