Məhəbbətin nə olduğunu bundan anladıq ki, Məsih Öz canını bizim üçün fəda etdi. Biz də öz canımızı qardaşlarımız üçün fəda etməliyik.
1 Yəhya 3:16
Gündəlik İşıq
Məhəbbətin nə olduğunu bundan anladıq ki, Məsih Öz canını bizim üçün fəda etdi. Biz də öz canımızı qardaşlarımız üçün fəda etməliyik.
1 Yəhya 3:16
hər dərrakədən üstün olan bu məhəbbəti dərk etməyə gücünüz çatsın. Beləliklə, siz Allahın bütövlüyündə bütöv olasınız.
Efesli̇lərə 3:19
Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz.
Yəhya 15:13
Rəbbimiz İsa Məsihin lütfündən xəbərdarsınız: siz Onun yoxsulluğu vasitəsilə varlı olasınız deyə Özü varlı olduğu halda sizin uğrunuzda yoxsullaşdı.
2 Kori̇nfli̇lərə 8:9
Ey sevimlilər, Allah bizi bu cür sevdiyi üçün biz də gərək bir-birimizi sevək.
1 Yəhya 4:11
Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın.
Efesli̇lərə 4:32
Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın.
Kolosseli̇lərə 3:13
Çünki Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».
Mark 10:45
Siz məhz bunun üçün çağırıldınız. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz.
1 Peter 2:21
İndi ki Mən Rəbb və Müəllim olduğum halda sizin ayaqlarınızı yudum, siz də bir-birinizin ayaqlarını yumalısınız. Çünki sizə nümunə göstərdim ki, Mənim sizə etdiyimi siz də bir-birinizə edəsiniz.
Yəhya 13:14–15
Məhəbbətin nə olduğunu bundan anladıq ki, Məsih Öz canını bizim üçün fəda etdi. Biz də öz canımızı qardaşlarımız üçün fəda etməliyik.
1 Yəhya 3:16
Beləcə İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər.
Yəhya 5:19
Çünki Rəbb hikmət verir, Onun ağzından bilik və dərrakə çıxır.
Süleymanin Məsəlləri̇ 2:6
Çünki Mən sizə elə danışıq qabiliyyəti və hikmət verəcəyəm ki, sizə qarşı çıxanların heç biri nə ona etiraz edə biləcək, nə də ona qarşı dura biləcək.
Luka 21:15
Rəbbə ümid bağla! Möhkəm və cəsarətli ol! Rəbbə ümid bağla!
Zəbur 27:14
Amma O mənə dedi: «Lütfüm sənə kifayətdir, çünki zəiflik olanda qüvvə tam olur». Məsihin qüvvəsi məndə məskən salsın deyə zəifliklərimlə daha çox sevinə-sevinə öyünəcəyəm.
2 Kori̇nfli̇lərə 12:9
İsa Məsihin qulu, Yaqubun qardaşı mən Yəhudadan Ata Allahın sevdiyi, İsa Məsih üçün qorunmuş olan çağırılanlara salam!
Yəhuda 1:1
Çünki təqdis edən Şəxsin və təqdis olunanların hamısının Atası eynidir. Bu səbəbdən İsa onları qardaş çağırmaqdan utanmayıb deyir:
İbrani̇lərə 2:11
Kimsə gizli yerlərdə saxlana bilər ki, Mən onu görə bilməyim?» Rəbb belə bəyan edir. «Yeri, göyü Mən doldurmamışammı?» Rəbb belə bəyan edir.
Yeremya 23:24
Bu cəmiyyət Onun bədənidir və hər şeyi hərtərəfli Bütövləşdirənin bütövlüyüdür.
Efesli̇lərə 1:23
Mənəm Rəbb, yalnız Mənəm, Məndən başqa qurtarıcı yoxdur.
Yeşaya 43:11
Onlar qadına deyirdilər: «Biz artıq sənin sözlərinə görə iman etmirik, elə özümüz də eşidib bildik ki, həqiqətən, dünyanın Xilaskarı Budur».
Yəhya 4:42
Ümumi imana görə mənə əsl oğul olan Titə Ata Allahdan və Xilaskarımız Məsih İsadan lütf və sülh olsun!
Ti̇tə 1:4
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax28 sen 2026
27 sen 2026
26 sen 2026
25 sen 2026
24 sen 2026
23 sen 2026
22 sen 2026

Qardaş Sevgisi
Bu məqalə 1 Yəhyaya görə xristian qardaşlığını müəyyənləşdirir, İsa Məsihə inanan hər kəsi əhatə edir, yalnız…

Vəsvəsə
İsa Məsihin, «Sınaqdan Keçirilmiş Daşın» sınaqları vasitəsilə necə aşkar edildiyini kəşf edin. O, sınaqları…

Şagirdlik
Məsihçilər Ruhun gücü ilə Məsihin addımlarını izləməyə çağırılırlar. Möminlərin şöhrətdən şöhrətə Onun…

İncil
"İncil" sözünün mənası "xoş xəbər" və ya "şad xəbər"dir. Bu söz adətən yalnız dörd İncil üçün istifadə…

Şagirdlik
Məsihçi olmağın həqiqi mənasını kəşf edin, Məsihin qulu olmaq kimi Müqəddəs Kitab konsepsiyasını qəbul edin.

Müqəddəslik
Müqəddəs Kitabın müqəddəslər haqqında həqiqətən nə öyrətdiyini kəşf edin. Hər bir imanlı ruhani…