Dar gündə Məni çağır, Mən səni xilas edəcəyəm, Sən də Məni şərəfləndirəcəksən».
Zəbur 50:15
Gündəlik İşıq
Dar gündə Məni çağır, Mən səni xilas edəcəyəm, Sən də Məni şərəfləndirəcəksən».
Zəbur 50:15
Mənim qəlbim, niyə qırılmısan? Axı niyə bu köksümdə təlaşlanırsan? Ümidini yenə Allaha bağla, Qoy Allahıma – məni qurtarana şükür edim.
Zəbur 42:11
Ya Rəbb, məzlumların səsini eşidəcəksən, Onları ürəkləndirib diqqət yetirəcəksən.
Zəbur 10:17
Çünki Sən, ey Xudavənd, xeyirxahsan, bağışlayan Sənsən, Səni səsləyənlərin hamısı üçün məhəbbətin boldur.
Zəbur 86:5
Yaqub ailəsinə və onunla olanların hamısına dedi: «Yanınızda olan özgə büt allahlarını atın və özünüzü pak edib paltarlarınızı dəyişin. Qalxıb Bet-Elə gedək. Dərdli günümdə mənə cavab verən və getdiyim yolda mənimlə olan Allaha orada bir qurbangah düzəldəcəyəm».
Yaradiliş 35:2–3
Rəbbə alqış et, ey könlüm, Unutma etdiyi yaxşılıqları:
Zəbur 103:2
Rəbbi sevirəm, Çünki O, yalvarışımı eşidir. Səsimə qulaq asdığı üçün Nə qədər varam, Onu çağıracağam. Ətrafıma ölüm bağları sarıldı, Ölülər diyarının sıxıntıları məni haqladı, Dərd-bəlalar məni tapdı. O zaman Rəbbin adını çağırdım: «Ya Rəbb, amandır, canımı qurtar!»
Zəbur 116:1–4
Çünki «Bir az müddətdən sonra Gələn gələcək, gecikməyəcək.
İbrani̇lərə 10:37
Rəbb mənə belə cavab verdi: «Görüntünü yaz, lövhələrdə açıqla ki, Qoy hər kəs tez onu oxuya bilsin. Çünki bu görüntü müəyyən vaxt üçündür, Başa çatmağa tələsir və yalan deyil. Gecikmiş kimi görünsə də, gözləyin, Hökmən gələcək, gecikməyəcək.
Habaqquq 2:2–3
Sevimlilər, bu bir şeyi yadınızdan çıxarmayın ki, Rəbb üçün bir gün min il kimidir, min ilsə bir gün kimidir. Bəziləri bunu gecikmə sayar, amma Rəbb vədini yerinə yetirməkdə gecikməz, lakin sizə görə səbir edir. Çünki O heç kəsin həlak olmasını istəmir, amma hər kəsin tövbə etməsini istəyir.
2 Peter 3:8–9
Ey Xudavənd, Sən rəhmli, lütfkar Allahsan, Hədsiz səbirlisən, məhəbbətin və sədaqətin boldur.
Zəbur 86:15
Ya Rəbb, kaş göyləri yarıb enəydin, Dağlar hüzurunda sarsılardı!
Yeşaya 64:1
Ona etibar edənlər üçün belə işlər edən Allahı, Əzəldən bəri Səndən başqasını nə göz görüb, nə də qulaq eşidib.
Yeşaya 64:4
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax4 okt 2026
3 okt 2026
2 okt 2026
1 okt 2026
30 sen 2026
29 sen 2026
28 sen 2026

Ümid
Məsihçi ümidinin müqəddəs yazılar baxışını, Allahın sarsılmaz vədlərinə əsaslanan əmin bir gözləntini kəşf…

Ümid
Çətin zamanlarda ailəniz üçün ümid tapın. Bu məqalə Allahın dəyişməz təbiətinin, Kəlamının və duanın həqiqi…
Allahın sifətləri
Allah haqqında düzgün düşüncə xristian həyatı üçün çox vacibdir. Onun sifətlərini anlamaq bütpərəstlikdən…
İsa Məsih
Qoyunlar kimi, biz də azan və səhvlər edən asılı canlılarıq. Lakin İsa, bizim Yaxşı Çobanımız, bizə…
Mərhəmət
Müqəddəs Kitab Allahı mərhəmət dolu bir varlıq kimi təqdim edir. Allahın Mərhəməti Müqəddəs Kitab Allahı…

Xristologiya
«Tamamilə gözəl» sözünün İbrani mənasını araşdırın və Məsihin tək başına insan qəlbinin hər arzusunu əbədi…