Buna görə biz arxayınlıqla deyirik: «Rəbb mənə yardım edəndir, heç qorxmaram. İnsan mənə nə edə bilər?»
İbrani̇lərə 13:6
Gündəlik İşıq
Buna görə biz arxayınlıqla deyirik: «Rəbb mənə yardım edəndir, heç qorxmaram. İnsan mənə nə edə bilər?»
İbrani̇lərə 13:6
Məsihin məhəbbətindən bizi kim ayıra bilər? Əziyyətmi, sıxıntımı, təqibmi, aclıqmı, çılpaqlıqmı, təhlükəmi, qılıncmı?
Romalilara 8:35
Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq.
Romalilara 8:37
Ey dostlarım, sizə deyirəm: bədəni öldürən və ondan sonra başqa heç nə edə bilməyənlərdən qorxmayın. Amma Kimdən qorxmaq lazım olduğunu sizə göstərim: adamı öldürəndən sonra cəhənnəmə atmağa ixtiyarı olan Allahdan qorxun. Bəli, sizə deyirəm: Ondan qorxun!
Luka 12:4–5
Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! Çünki Səmavi Padşahlıq onlarındır. İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız! Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər.
Matta 5:10–12
Öz canıma heç əhəmiyyət vermirəm, onu qiymətləndirmirəm. Mənə kifayətdir ki, yolumu – Rəbb İsanın mənə tapşırdığı kimi Allahın lütfünü göstərən Müjdəni şəhadətetmə xidmətini başa çatdırım.
Həvari̇ləri̇n İşləri̇ 20:24
Padşahların hüzurunda göstərişlərindən danışacağam, Bundan utanmayacağam.
Zəbur 119:46
O məni çamırlı quyudan, Lilli bataqlıqdan çıxartdı. Ayağımı qaya üzərində bərkitdi, Hər addımımı möhkəm etdi.
Zəbur 40:2
və eyni ruhani içki içdi. Çünki onlar ardlarınca gələn ruhani Qayadan içirdi. O Qaya da Məsih idi.
1 Kori̇nfli̇lərə 10:4
Şimon Peter cavab verdi: «Sən var olan Allahın Oğlu Məsihsən».
Matta 16:16
Mən sənə deyirəm ki, sən Petersən və Mən cəmiyyətimi bu Qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək.
Matta 16:18
Ondan başqa heç kimdə xilas yoxdur. Çünki səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq».
Həvari̇ləri̇n İşləri̇ 4:12
Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq. Ümid verən əqidədən möhkəm tutaq, çünki vəd verən Allah sadiqdir.
İbrani̇lərə 10:22–23
Amma qoy heç şübhə etmədən, imanla diləsin. Çünki şübhə edən adam küləyin qaldırdığı və hərəkətə gətirdiyi dəniz dalğasına bənzəyir.
Yaqub 1:6
Məsihin məhəbbətindən bizi kim ayıra bilər? Əziyyətmi, sıxıntımı, təqibmi, aclıqmı, çılpaqlıqmı, təhlükəmi, qılıncmı?
Romalilara 8:35
Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq.
Romalilara 8:37
nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz Məsih İsada olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq.
Romalilara 8:39
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax7 okt 2026
6 okt 2026
5 okt 2026
4 okt 2026
3 okt 2026
2 okt 2026
1 okt 2026

Peyğəmbərlik
Müqəddəs Kitab gələcək vahid dünya kilsəsi haqqında nə deyir? Müqəddəs Yazıların Kilsə, apostasiya və son…

Müqəddəs Ruh
Müqəddəs Ruhun məshini, onun ayırd etmə məqsədini və Ruhla vəftizdən necə fərqləndiyini araşdırın. Onun…

Müqəddəslik
Müqəddəs Kitabın müqəddəslər haqqında həqiqətən nə öyrətdiyini kəşf edin. Hər bir imanlı ruhani…

Müqəddəs Kitab Öyrənməsi
Müqəddəs Kitabın özünü ruhani qida, yol göstərən işıq və təmizləyici güzgü kimi metaforalarla necə təsvir…

Şagirdlik
Məsihçi olmağın həqiqi mənasını kəşf edin, Məsihin qulu olmaq kimi Müqəddəs Kitab konsepsiyasını qəbul edin.

Musa Qanunu
Qanunun məqsədini, məhdudiyyətlərini və xristianların niyə artıq onun məhkumiyyəti altında olmadığını başa…