6 Qırx gün sonra Nuh düzəltdiyi gəminin pəncərəsini açıb 7 bir qarğa buraxdı; qarğa uçub getdi və yer üzündə su quruyana qədər hər tərəfi dolaşdı. 8 Nuh bu dəfə bir göyərçin buraxdı ki, suyun yer üzündən çəkilib-çəkilmədiyini bilsin. 9 Amma göyərçin qonmaq üçün rahat bir yer tapmadığına görə onun yanına – gəmiyə qayıtdı, çünki hələ bütün yer üzündə su var idi. Nuh əlini uzadıb göyərçini tutdu və gəmiyə – öz yanına apardı. 10 O daha yeddi gün gözlədi və göyərçini yenə gəmidən buraxdı. 11 Axşamüstü göyərçin onun yanına qayıtdı. Göyərçinin ağzında təzə zeytun yarpağı var idi. Nuh suyun yer üzündən çəkildiyini bildi. 12 O daha yeddi gün gözlədi və göyərçini yenə buraxdı, artıq göyərçin onun yanına qayıtmadı.
13 Nuhun ömrünün altı yüz birinci ilində, birinci ayın birinci günü yer üzündə su qurudu. Nuh gəminin qapağını qaldırdı və torpağın üzərindəki suyun quruduğunu gördü. 14 İkinci ayın iyirmi yeddinci günü yer üzündəki su tamamilə qurudu.
15 Allah Nuha dedi: 16 «Sən öz arvadın, oğulların və gəlinlərinlə birgə gəmidən çıx. 17 Səninlə birgə olan bütün canlıları – quşları, heyvanları və yerdə sürünənləri bayıra çıxart. Qoy yer üzünə yayılsınlar və yer üzündə törəyib çoxalsınlar». 18 Nuh öz arvadı, oğulları və gəlinləri ilə birgə gəmidən çıxdı. 19 Bütün heyvanlar, sürünənlər, quşlar və yerdə sürünən bütün canlılar dəstə-dəstə gəmini tərk etdilər.
20 Nuh Rəbbə bir qurbangah düzəltdi. O hər cür pak heyvandan və pak quşdan götürüb orada yandırma qurbanı təqdim etdi. 21 Bundan Rəbbə xoş ətir qalxdı və Rəbb ürəyində dedi: «Cavanlığından bəri insan ürəyinin fikirlərinin həmişə pis olmasına baxmayaraq, insanlara görə bir daha yer üzünü lənətləməyəcəyəm. İndi elədiyim kimi bütün canlıları bir daha məhv etməyəcəyəm.
22 Dünya durduqca
Əkin-biçin, isti-soyuq,
Yay-qış və gecə-gündüz
Sona yetməyəcək».
3 bu cür böyük xilasa məhəl qoymasaq, biz necə qurtula bilərik? Bu xilas əvvəlcə Rəbb tərəfindən bildirildi və Onu eşidənlər tərəfindən bizə təsdiq olundu.
Heç bir hərəkət vasitəsi və sükanı olmayan, Allahın əmin əli ilə idarə etdiyi gəmiArarat dağına enir. Düşünmək olar ki, Nuh indi çıxa bilərdi, lakin o, gözləyir və daha çox günlər keçir. O, Allahın əmri ilə gəmiyə girmişdi və yalnız Allahın əmri ilə çıxmaq istəyir. Heç bir yerdə məskunlaşa bilməyən və gəmiyə qayıdan göyərçin, məhkum olunmuş dünyada yeri olmayan Allah Ruhunun bir növüdür. Lakin İsa gəldikdə, Ruh eyni təmiz göyərçin şəklində Onun üzərinə enə biləcək (Matta 3:16). Bu gün Müqəddəs Ruha sahib olan mömin üçün də eyni şey doğrudur: o, dünyada heç bir ruhani qida və ya ürəyini doyuracaq heç nə tapmır. Əksinə, təbii insan burada rahatdır, bunun bir növü qarğa, Levililər11:15-ə görə murdar bir quşdur ki, çürük ətlə qidalanır.
Nəhayət, Nuh RƏBBİN əmri ilə gəmidən çıxır. Etdiyi ilk şey, çirkindən təmizlənmiş bu yer üzündə ilk haqqı olan Allaha qurban kəsməkdir və Ona xoş qoxu yüksəlir.
Biz də həyatımızda tez-tez böyük və ya kiçik xilasları bilməmişikmi? Gəlinheçvaxt «bu qədər böyük xilas» üçün (İbranilərə 2:3) hər şeydən əvvəl şükür etməyi unutmayaq.