15 Özünü Allaha sınaqdan keçmiş, həqiqət kəlamını doğruluqla işlədən alnıaçıq bir işçi kimi təqdim etməyə çalış.
16 Əgər bir nəfər mülkü olan tarla sahəsini Rəbbə təqdis edirsə, oraya əkilən toxum miqdarına görə bir xomer arpa əkilən tarlanın qiyməti əlli şekel gümüş olsun. 17 Əgər o adam tarlasını Azadlıq ilindən başlayaraq təqdis edirsə, bu dəyər olduğu kimi qalsın. 18 Əgər tarlasını Azadlıq ilindən sonra təqdis edirsə, kahin onunla qiymətini sonrakı Azadlıq ilinə qədər qalan müddətə görə hesablaşsın və dəyəri belə aşağı salınsın. 19 Əgər tarlanı təqdis edən adam onu geri satın almaq istəsə, qoy o, gümüşə görə dəyərinə beşdə birini əlavə edərək ödəsin və tarla ona qayıtsın. 20 Əgər tarlanı geri satın almadan başqa birinə satarsa, sonra onu heç vaxt geri satın ala bilməz. 21 O tarla Azadlıq ilində azad olanda həmişəlik həsr olunmuş bir tarla kimi Rəbb üçün təqdis edilmiş sayılsın; kahinin mülkü olsun.
22 Əgər bir nəfər öz mülkü olmayaraq, satın aldığı bir tarlanı Rəbbə təqdis edərsə, 23 qoy kahin onunla Azadlıq ilinə qədər dəyərini hesablasın. O adam həmin gün qiyməti Rəbb üçün təqdis edilmiş bir şey kimi versin. 24 Azadlıq ilində həmin tarla mülk olub onu satan adama qaytarılsın. 25 Bütün dəyərlər Müqəddəs yerdəki şekelə görə sayılsın. Bu şekel iyirmi geraya bərabərdir.
26 Heyvanlar arasında ilk doğulanlar Rəbbə məxsusdur. Heç kim onu yenidən təqdis etməsin. İstər mal-qara, istər qoyun-keçi olsun, onlar Rəbbindir. 27 Əgər murdar heyvanın balası olsa, onu gətirən adam ümumi dəyərinə beşdə birini əlavə edərək geri satın ala bilər. Əgər o geri satın alınmırsa, dəyərinə satılsın.
28 Bir nəfərin öz əmlakından istər adam, istər heyvan, istər mülkü olan tarla sahəsi olsun – Rəbb üçün məhv edilməyə həsr etdiyi hər bir şey nə satılsın, nə də geri satın alınsın. Məhv edilməyə həsr olunmuş hər şey Rəbb üçün ən müqəddəsdir. 29 Məhv edilməyə həsr olunmuş hər kəs geri satın alınmamalıdır, hamısı öldürülməlidir.
30 Torpağın məhsulundan – onun verdiyi taxıldan və ağacların meyvəsindən bütün onda bir hissə Rəbbə məxsusdur və Onun üçün təqdis edilib. 31 Əgər bir nəfər öz onda bir hissəsini geri satın almaq istəsə, qoy qiymətinə beşdə birini əlavə edərək ödəsin. 32 Bütün mal-qaradan, qoyun-keçidən onda bir hissə, sayla çoban dəyənəyinin altından keçən hər onuncu heyvan Rəbb üçün təqdis edilmiş sayılsın. 33 Qoy heyvan sahibi heyvanlara yaxşı yaxud pis fərq qoyub baxmasın; birini o biri ilə dəyişdirməsin. Əgər o belə dəyişdirsə, dəyişdirilən heyvanların ikisi də müqəddəs sayılıb geri satın alınmamalıdır”».
34 Bu, Rəbbin Musaya İsrail övladları üçün Sina dağında verdiyi əmrlərdir.
12 Mən onlara dedim: “Əgər bu sizə xoşdursa, Mənim muzdumu verin, əgər belə deyilsə, verməyin”. Onlar Mənə muzd olaraq otuz gümüş verdi. 13 Rəbb Mənə dedi: “Onların Məni qiymətləndirdiyi bu yüksək muzdu dulusçuya at”. Beləcə otuz gümüşü götürüb Rəbbin məbədində olan dulusçuya atdım.
Qoy Rəbb başqalarının etdiklərini qiymətləndirsin və dəyərləndirsin! Lakin ətrafımızdakıların təsdiqini axtarmaqla məşğul olmayaq; «onlar tərəfindən otuz gümüş parçasına qiymətləndirilən» (Zəkəriyyə 11:12-13) Kəsə veriləndən daha çoxunu insanlardan gözləməyək. Əksinə, «Allaha məqbul» (2 Timoteyə 2:15) kimi təqdim olunmağa çalışaq.
Biz kahini və onun Levililər kitabındakı funksiyasını nəzərdən keçirdik, indi bu tədqiqatın sonuna gəlirik – bəzən olduqca çətin bir tədqiqat, lakin bu, diqqətimizi Baş Kahinimiz İsaya yönəltməyə imkan verdi! Və biz Onun xalqının həyatının hər bir sahəsində iştirakını tanıya bildik. Xilas üçün O, əbədiqurtuluş əldə edərək, Öz qanı ilə müqəddəs yerə daxil oldu. Gündəlik həyat üçün O, bizi hər cür murdarlıqdan azad saxlamağa diqqət yetirir. Nəhayət, xidmət üçün O, bizim fəslimizdə hər şeyi həqiqi dəyərində qiymətləndirən Kəsdir! Təəssüf ki! bəzi xristianlar xilas olmağa hazırdırlar, lakin sonra Rəbbin onların işləri ilə məşğul olmamasını üstün tuturlar. Bəlkə də onların hissləri oyanana qədər, fəsil 26-da oxuduğumuz kimi, kədərli təcrübələrdən keçmələri lazım gələcək. Rəbb bizə Onun Şəxsinə və işinə tam etibar versin!