34 “Məgər bunların hamısını Mən yanımda saxlamamışammı?
Bunları xəzinəmdə möhürləyən Mən deyiləmmi?
35 Qisas Mənimdir, əvəzini Mən verəcəyəm.
Vaxtı çatarkən sürüşüb yıxılacaqlar,
Çünki onlar həlak gününə yaxındırlar,
Əcəlləri tez çatar”.
36 Rəbb Öz xalqını mühakimə edəcək.
Onların gücünün qurtardığını görərkən,
Nə kölədən, nə azaddan kimsə qalmayarkən
Qullarına rəhm edəcək.
37 O belə deyəcək: “Hanı onların Allahı, sığınacaqları qaya?
38 Qurbanlarının yağını yeyən,
Hanı içmə təqdimlərini içən allahları?
Qoy sizə kömək etmək üçün dursunlar,
Pənahgahınız olsunlar.
39 İndi görün ki, Allah yalnız Mənəm.
Başqası yoxdur.
Mənəm öldürən və həyat verən,
Mənəm yaralayan və şəfa verən,
Heç kim əlimdən qurtara bilməz.
40 Çünki əlimi göylərə qaldırıb belə bəyan edirəm:
‹Əbədi Varlığıma and olsun ki,
41 Şimşək çaxan qılıncımı itiləyib
Hökm etmək üçün əlimə alsam,
Düşmənlərimdən qisas alacağam,
Mənə nifrət edənlərdən əvəz çıxacağam.
42 Onların qanı ilə oxlarımı sərxoş edəcəyəm;
Qılıncım əti, qırılanların, əsir edənlərin qanını,
Düşmən rəhbərlərinin başını yeyəcək›”.
43 Ey millətlər, Onun xalqı ilə birgə sevinin!
Çünki O, qullarının qan qisasını alacaq,
Düşmənlərindən əvəz çıxacaq,
Ölkəsi və xalqı üçün kəffarə edəcək».
44 Musa Nun oğlu Yeşua ilə bərabər gəlib bu ilahinin bütün sözlərini xalq qarşısında söylədi. 45 Musa bütün İsraillilərə bu sözlərin hamısını söyləyib qurtaranda 46 belə dedi: «Bu gün sizə bəyan etdiyim sözlərin hamısına ürəkdən bağlanın ki, övladlarınıza bu qanunun bütün sözlərinə diqqətlə əməl etməyi əmr edəsiniz. 47 Axı bu sizin üçün əhəmiyyətsiz iş deyil, həyatınızdır. Bu sözlər mülk olaraq almaq üçün İordan çayını keçərək gedəcəyiniz torpaqda sizə uzun ömür verəcək».
48 Rəbb elə həmin gün Musaya belə dedi: 49 «Yerixo qarşısında, Moav torpağında olan bu Avarim dağına, Nevo dağına çıx. İsrail övladlarına mülk olaraq verəcəyim Kənan torpağını gör. 50 Qardaşın Harun Hor dağında ölüb əcdadlarına qoşulduğu kimi sən də çıxacağın dağda ölüb xalqına qovuşacaqsan. 51 Çünki Zin səhrasında, Meriva-Qadeş sularında, İsrail övladlarının önündə Məni müqəddəs saymamaqla İsrail övladları arasında Mənə xəyanət etdiniz. 52 Ona görə ölkəni uzaqdan görəcəksən, lakin İsrail övladlarına verəcəyim torpağa girməyəcəksən».
7 Allahın kəlamını sizə danışan rəhbərlərinizi yada salın. Onların həyat tərzinin nəticəsinə baxıb imanlarını nümunə olaraq götürün.
3 Qulaq asın, Mənim yanıma gəlin,
Dinləyin ki, sağ qalasınız.
Mən sizinlə əbədi əhd,
Davuda vəd etdiyim sadiq məhəbbət əhdi kəsəcəyəm.
Musanın nəğməsinin son sətirləri Allahın suveren olduğunu, Onun «Eyni» olduğunu və nəticədə son sözün Ona aid olacağını xatırladır. Bu son söz nədir? Uzun müddət cəzasız qalmış düşmənləri üçün qisas, eyni zamanda minillik dövründə millətlərin sevinəcəyi xalqı üçün bağışlanma (v. 43).
Musa təlimini itaətə son nəsihətlə bitirir: «Ürəklərinizi» bu sözə, bu qanuna «yönəldin», «bu sizin həyatınızdır» (vv. 46, 47; Yeşaya 55:3; Süleymanın Məsəlləri 4:13; Süleymanın Məsəlləri 7:2). Bəzi gənclər «öz həyatlarını yaşamaq» üçün bütün rəhbərlikdən və hər şeydən əvvəl Allahın rəhbərliyindən uzaqlaşmalı olduqlarını düşünürlər. Bu ayələr təsdiq edir və təcrübəmiz də bunu təsdiqləyir ki, Rəbbin mübarək boyunduruğuna boyun əymək əslində həqiqi həyatı ələ keçirməkdir. (1 Timoteyə 6:19. haşiyə).
Musanın təlimatları bitdi. Əsl vasitəçi kimi o, xalqdan RƏBBƏ və RƏBBDƏN xalqa danışdı. İndi o, sonuncunu tərk edəcək. İbranilərə 13:7 bizi Allahın Kəlamını bizə verən sadiq rəhbərləri xatırlamağa çağırır. Onların çoxu artıq burada deyil. Lakin məktubun müəllifi əlavə edir: «İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir» (v. 39 ilə müqayisə edin).