Əhdi-Cədiddə üç dəfə bizə deyilir ki, Rəbb İsa “Öz qanını” tökdü. Əhdi-Ətiqdə İsrail kahinləri davamlı olaraq heyvanların qanını çadıra və daha sonra məbədə gətirirdilər. Heç bir kahin öz qanını Allahın qarşısına qoymamışdı. Bu mümkün olsa belə, Harun və oğullarının qanı günahla ləkələnmişdi. Əhdi-Ətiqdəki bu şəkillərdə və tiplərdə Harun özü üçün, həmçinin xalq üçün bir qurban təqdim etməli idi (Lev. 16:6).
İbranilər kitabı Rəbb İsanı Əhdi-Ətiqin bütün tiplərinə və kölgələrinə son cavab kimi təqdim edir. Rəbb İsa günahsız olduğu üçün (İbr. 4:15), Onun qanı qiymətli (1 Pet. 1:19) və Allahın gözündə böyük dəyərə malik idi.
Allahın Oğlu insan oldu ki, ölsün və Öz qanını töksün. Ayəmizdə O, yalnız ölməmiş, həm də tökülmüş qanının sayəsində müqəddəs yerə, Allahın hüzuruna daxil olmuşdur. O, ora bir dəfəlik daxil olmuşdur. Tip, Harunun Levililər 16-da kəffarə günündə ən müqəddəs yerə daxil olması idi. Harun öküzlərin və keçilərin qanı ilə daxil oldu, lakin orada qala bilmədi. O, çıxmalı idi və növbəti il prosesi təkrarlamalı və təzə tökülmüş qanla yenidən müqəddəs yerə daxil olmalı idi. Rəbb İsa bir dəfəlik daxil olmuşdur. O, bir daha qanını tökmək üçün o müqəddəs yeri heç vaxt tərk etməyəcək. Onun qurbanı heç vaxt təkrarlanmamalıdır. Ayəmizdə deyildiyi kimi, onun əbədi nəticələri var.
Onun adına şükürlər olsun! Və digər Müqəddəs Yazılar bizə deyir ki, biz də ora, Allahımız və Atamızın hüzuruna, o müqəddəs yerə gəlmək üçün girişə sahibik. Qoy ibadətdə, həmçinin duada cəsarətlə daxil olaq (İbr. 10:19). Məsih bizim üçün yolu açmışdır!


