Axab həmişə sahib olmadığı şeyi istəyən insanın tipik nümunəsidir. Zənginliklərlə yüklənmiş bir padşah, yalnız qonşusunun üzüm bağı ilə maraqlanırdı. Təbii ürəklərimiz daim narazıdır, «lakin qənaətbəxş dindarlıq böyük qazancdır», Pol Timoteyə xatırladır (1 Timoteyə 6:6).
Yalan və qətl Axaba arzuladığı obyektə sahib olmaq imkanı verdi. O, sevincli ürəklə yeni mülkünü yoxlamaq üçün qalxır. Lakin bütün zövqü qəfildən yox olur! Budur, o, çox yaxşı tanıdığı biri, Nabotun üzüm bağında onu gözləyir. Bu, İlyasdır! RƏBB ona padşaha onu gözləyən dəhşətli cəzanı elan etməyi tapşırmışdı, bu cəza bizə «günahsız qan»ı satan kəsin dəhşətli sonunu düşündürür: bədbəxt Yəhuda! (Həvarilərin İşləri 1:18).
Nəhayət, ilk dəfə olaraq, Axab özünü təvazökar göstərir. O, sələflərinin təcrübəsindən bilir ki, RƏBBİN sözü həmişə yerinə yetirilir. Onun hərəkəti «qurtuluşa aparan tövbə» (2 Korinflilərə 7:10) deməkdirmi? Təəssüf ki, yox, hekayəsinin növbəti hissəsi bizə bunu göstərəcək. Həqiqi dönüş həmişə meyvəsi ilə qiymətləndirilməlidir. Lakin Allah, onun geri dönməsinin hər hansı bir əlamətini izləyərək, Axabın münasibətini nəzərə alır ki, cəzasını təxirə salsın (Hezekiel 33:11).