2000 ildən çox əvvəl İsa Məsih göydən bu yerə günahkarlar üçün çarmıxda ölməyə gəldi. Sonra o, ölümdən dirildi və göyə qayıtdı.
Verilmiş bir vəd
Göyə qayıtmazdan əvvəl İsa dedi,
«Mən sizin üçün yer hazırlamağa gedirəm. Və əgər gedib sizin üçün yer hazırlasam, yenə gələcəyəm və sizi Öz yanıma alacağam; ki, mən harada olsam, siz də orada olasınız» (Yəhya 14:2-3).
Nə gözəl vəd! İsa göyə qayıtdı ki, Onu Xilaskar kimi qəbul edən hər kəs üçün yer hazırlasın. O, onları yenidən Özü ilə göyə aparmaq üçün gələcək. Onu Xilaskar və Rəbb kimi tanıyan bizlər üçün nə gözəl!
Bu hadisə ilə bağlı həvari Pavlus bizə dedi ki,
«Rəbb [İsa Məsih] Özü göydən bir nida ilə, baş mələyin səsi ilə və Allahın trubası ilə enəcək. Və Məsihdə ölülər əvvəlcə diriləcək. Sonra biz, diri qalanlar, Rəbbi havada qarşılamaq üçün onlarla birlikdə buludlarda yuxarı çəkiləcəyik. Və beləliklə, biz həmişə Rəbblə olacağıq» (1 Saloniklilərə 4:16-17).
Yalnız həqiqi xristianlar
İsa göydən yalnız Ona aid olanların – imanla «Allahdan doğulmuş» (Yəhya 1:13) olanların eşidəcəyi bir nida ilə gələcək. Artıq ölmüş bütün imanlılar diriləcək və diri imanlılarla birlikdə dəyişdiriləcək (1 Korinflilərə 15:51-52) və Rəbbi havada qarşılamaq üçün yuxarı çəkiləcəklər. Lakin yalnız Onu Xilaskar kimi qəbul edənlər gedəcək. Məsihi Xilaskar kimi şəxsən qəbul etməyənlərin hamısı hökm üçün geridə qalacaq.
Bəs siz necə?
Rəbbin gəlişinə hazırsınızmı? O, yenidən gələndə siz götürüləcəksiniz, yoxsa geridə qalacaqsınız? Məsihin gəlişini səbirsizliklə gözləyirsiniz, yoxsa bu fikir sizə xoşagəlməzdir?
İndi hazırlaşın!
İsa istənilən vaxt gələ bilər! Əgər günahlarınızdan hələ xilas olmamısınızsa, Onunla göyə getməyə hazır olmaq üçün xilas olmaq istəməzdinizmi? Ona günahkar olduğunuzu etiraf edin, günahlarınızdan tövbə edin və Məsihi Xilaskarınız kimi qəbul edin. İsa yenidən gəldikdən sonra çox gec olacaq və göyün qapısı sizin üçün əbədi olaraq bağlanacaq!