Əziz Oxucu,
Baxın, tez gəlirəm: bu kitabın peyğəmbərliyinin sözünü saxlayan xoşbəxtdir (Vəhy 22:7).
Biz bilirik ki, Allahın Kəlamı (Həvarilərin İşləri 1:7) Rəbbin Öz Kilsəsini – İsanı Xilaskar və Rəbb kimi qəbul edən hər kəsi – Özü ilə aparmaq üçün gəlişinin gününü, ayını və ya ilini bizə bildirməyib. Lakin Vəhy kitabının 22-ci fəslində üç dəfə Rəbbin aydın səsi bizə tez gəldiyini söyləyir.
Görünür ki, bu Kitabın sözlərini saxlayanları müəyyən xüsusiyyətlər fərqləndirəcək. Onlar Rəbbini gözləyən insanların xarakteri ilə fərqlənəcəklər. Bel bağlamış və çıraqları yanan: yəni Onun üçün yaşamaqda, Ona xidmət etməkdə və Onun haqqında şəhadət verməkdə fəal olmaq. Allah Məsihin üstünlüyünü təmin etmək üçün Öz məqsədini həyata keçirməyə davam edir. Bu Kitabın peyğəmbərliyi Allahın nə edəcəyi barədə bizi maarifləndirmək üçündür və biz bu sözləri saxlamaq və Rəbbin gəlişini gözləyənlər kimi yaşamaqla yaxşı iş görmüş olarıq.
Biz ətrafımızda baş verən hadisələrə baxmırıq, lakin yuxarıya baxırıq və Onun mübarək səsinə qulaq asırıq:
...başınızı qaldırın, çünki qurtuluşunuz yaxınlaşır (Luka 21:28).






