Siz hansı tərəfdəsiniz?
Heç Müqəddəs Kitab hekayəsini eşitmisinizmi hər cəhətdən əks olan iki kişi haqqında? Varlı adamın dünyada heç bir problemi yox idi. O, yaxşı geyinmiş, yaxşı qidalanmış və yaxşı evdə yaşayırdı. Kasıb dilənçinin isə əksinə, yeməyə yalnız qırıntıları, geyinməyə cır-cındırları və yaralarla dolu bədəni var idi.
Lakin onlar öləndə hər şey həqiqətən dəyişdi. Əbədiyyətdə varlı adam özünü cəhənnəmin alovlu əzabında tapdı, dilənçi Lazar isə cənnətdə idi. Lazarı görən varlı adam ondan «dilini sərinlətmək» üçün bir az su göndərilməsini xahiş etdi. Lakin ona bildirildi ki, onların arasında heç kimin keçə bilməyəcəyi «böyük bir uçurum» var. Ölümdən sonra Allah xilas olanlarla itirilənlər arasında əbədiyyətə qədər heç vaxt körpü salınmayacaq bir boşluq qoyur!
Luka 16:19-31-dəki bu hekayə (NKJV) var-dövlət və yoxsulluq haqqında deyil. Bu, həqiqətən də Allahla münasibət haqqındadır, hansı ki, bu həyatda başlamalıdır!
Varlı adamın sərvəti onu Allahdan uzaq tuturdu. Həyatınızda sizi Allahdan və Onunla əbədiyyətdən uzaq tutan bir maneə varmı? Əgər varsa, İsa aydın şəkildə deyir ki, indi onu aradan qaldırmaq vaxtıdır – boşluq daimi olaraq təyin olunmazdan əvvəl.
Əgər indi ölsəydiniz, «böyük uçurumun» hansı tərəfində olardınız? Unutmayın, əgər Rəbbin tərəfinə keçməsəniz bu həyatda növbəti həyatda bunu edə bilməzsiniz! «Baxın, indi məqbul vaxtdır; baxın, indi qurtuluş günüdür» (2 Korinflilərə 6:2).
İsa Məsih günahlarınızı etiraf etməyinizi və Kəllə təpəsində bizim üçün öldüyü zaman Ona həyatına başa gələn pulsuz qurtuluşunu qəbul etməyinizi gözləyir. Bu vacib qərarı təxirə salmayın. İndi Onun təklifini qəbul edin ki, əbədiyyətdə böyük boşluğun Rəbbin tərəfində olasınız!
«Çünki Allah dünyanı o qədər sevdi ki, Öz yeganə Oğlunu verdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun» (Yəhya 3:16).
