Qeyd edilmişdir ki, padşahın RƏBBƏ danışdığı tunc platforma səhradakı tunc qurbangahla eyni ölçülərə malikdir (13-cü ayə; Çıxış 27:1). Bu, gözəl və əhəmiyyətli bir məqamdır: Məsih, yerinə yetirdiyi və Allah tərəfindən qəbul edilən qurban əsasında, Öz xalqı üçün Ata ilə kahin və vəkil mövqeyini tutur, nəticədə «əgər günahlarımızı etiraf etsək,» Allah onları bağışlamaq üçün «sadiq və ədalətlidir». Sadiq və ədalətli, çünki İsa onları xaçda (qurbangahın bizə danışdığı) kəffarə etdiyi üçün, Allah bizdən onları ikinci dəfə hesaba çəkməyi tələb edə bilməz.
Qeyd edək ki, burada «əgər bağışlanma istəsək» deyilmir, çünki Allahın övladı artıq bağışlanmışdır, lakin «əgər etiraf etsək». Eyni hissə bizə əminlik verir: «Əgər kimsə günah edərsə, Atanın yanında bir vəkilimiz var, saleh İsa Məsih; və O, bizim günahlarımızın kəffarəsidir» (1 Yəhya 1:9; 1 Yəhya 2:1-2).
22-39-cu ayələrdən sonra, hansılar ki 1 Padşahlar 8:31-53-dən demək olar ki, fərqlənmir, Süleyman duasını Zəbur 132:8-10 ayələrinin sözləri ilə bitirir. «Göyərdən eşid . . . göydə dinlə!» RƏBBİN sevən iradəsini bilən xristianlar təcrübədən deyə bilərlər: «Biz bilirik ki, O bizi eşidir» (1 Yəhya 5:15).