Əziyyət çəkən və yoxsul İnsan (yəni Məsih) soruşur: «Adına görə mənim üçün bunu et» (21, 22-ci ayələr; müq. Yəhya 12:28). «Qoy bilsinlər ki, bu Sənin əlindir...» (27-ci ayə). Allah Öz şöhrətinə görə Onu çağıranı xilas etməli idi. Bunu Zəbur 110:1-7-də tapırıq. Kədərli İnsanın alçaldılması mənzərəsi ilə nə qədər ziddiyyət təşkil edir! Həmdə deyildiyi kimi, o İnsan «indi Allahın Özü tərəfindən, səmavi yerlərdə Allahın əzəməti ilə ucaldılıb». Rəbb yoxsul İnsanın sağ əlində durmuşdu ki, Onu xilas etsin (Zəbur 109:31); bu keçmişdə idi. İndi, izzətdə, Allah Onu Öz sağ əlində oturtmuşdur (1-ci ayə; Efeslilər 1:20). 5-ci ayə vəd edir ki, daha sonra, «Rəbb sənin sağ əlində qəzəb günlərində padşahları vuracaq». Zəbur 109:1-31-dəki düşmənləri Onun ayaqları üçün ayaqaltı ediləcək: onların köləliyə salınması Onun izzətinin bir hissəsini təşkil edəcək.
Bu Zəbur 110:1-7 Yeni Əhddə səkkiz dəfə sitat gətirilir. O, əslində İbranilərə Məktubun (İbranilər 1:13; İbranilər 7:17; İbranilər 10:13...) bütün hissəsində bizə yol göstərən bir ip kimi xidmət edir.
Nəhayət, Məsihə verilən bu vədlərə Onun yer üzündəki gəzintisinə aid olan bir vəd də əlavə olunur (7-ci ayə). Məsih, bir insan kimi, burada ruhunu təşviq edəcək və gücləndirəcək nadir təravət anları tapacaqdı (məsələn, Luka 7:9; Luka 7:44; Luka 9:20; Luka 10:21; Luka 10:39; Luka 23:42; ...).
