RƏBBİN Öz kahinləri üçün xüsusi bir təlimatı var. Onun Adına izzət vermək, onların ürəklərinə salmalı olduqları şey idi (v. 2). Xristian xidmətinin başqa bir varlıq səbəbi yoxdur. Çox vaxt Rəbbi deyil, qulu izzətləndirirlər.
Məsihdən başqa kim haqqında «dodaqlarında haqsızlıq tapılmadı» (v. 6) deyilə bilərdi? Hətta zabitlər də «Heç bir insan bu adam kimi danışmadı» (Yəhya 7:46) deməyə məcbur oldular. Bu mükəmməllik yalnız Rəbbin dövründəki dini liderlərin: kahinlər, yazıçılar və fəriseylərin kədərli mənzərəsini daha yaxşı ortaya qoyur. O, əhdi saxladı (v. 5); onlar onu pozdular. O, Allahla sülh və doğruluqla yeridi; onlar yoldan azdılar. O, «bir çoxlarını haqsızlıqdan döndərdi»; onlar «bir çoxlarını büdrətdilər» (v. 6, 8, 9; Yeşaya 9:16). «Həqiqət qanunu onun ağzında idi»; onlar Rəbbi sözləri ilə yordular (v. 17; Matta 6:7).
«Ruhunuza diqqət edin ki, xəyanət etməyəsiniz» v. 15 və 16 təkrarlayır. Ruhumuz maqnit lentinin həssaslığına malikdir. O, üzərində qeyd olunan hər şeyi saxlayır. Gəlin yalnız həqiqi, təmiz, sevimli, yaxşı xəbər olan şeylərlə məşğul olmağa diqqət edək . . . (Filipililərə 4:8).
