Fironun yuxusunun gerçəkləşməsi Yusifin şəxsiyyətindən ayrılmaz idi. Böyük bolluqdan sonra gələn aclıq onu həyatın təminatçısı, dünyanın xilaskarı kimi tanıtdı.
Məsih peyğəmbərliyin mərkəzidir. Tezliklə O, ümumdünya hakimiyyətinə sahib olacaq. Millətlərin bütün ailələri Onun qarşısında baş əyəcəklər (Zəbur 22:27). Lakin imanlılar Ona aid olmaq və Ona ibadət etmək üçün bu zamanı gözləmirlər. İsa onlarda bir iş aparır. O, onların ruhlarının ehtiyaclarını təmin etməklə başlayır. Sonra Yusifin misirlilərlə etdiyi kimi, O, elə işləyir ki, tədricən hər şey Allaha təslim edilir. Tam qurtuluşun sirri, günlərimiz, mallarımız, bədənlərimiz və ürəklərimiz üzərində Ona haqqlarını verməkdir. Rəbb bizim tərəfimizdən bu və ya digər qurbanla kifayətlənmir. O, bizə qazandığı haqqlar səbəbindən bizi tamamilə tələb edir. O, bizi Allah üçün böyük qiymətə satın alıb (1 Korinflilərə 6:19-20). Biz artıq özümüzə aid deyilik, əksinə, Allahın və Rəbb İsa Məsihin xoşbəxt qulları olmuşuq (müq. Yaqub 1:1), bununla bağlı bütün nəticələrlə; bundan sonra biz tamamilə Ona bağlıyıq, yalnız bütün ehtiyaclarımızın təminatı üçün deyil, həm də Onun şərəfinə həyatımızda bəhrə olması üçün.