Zəkəriyyəyə yeni bir səhnə açılır. Xalqı təmsil edən baş kahin Yeşua RƏBBin mələyinin qarşısında dayanır. Lakin Şeytan da orada öz adi ittihamçı rolunda (Vəhy 12:10) durur, çünki Yeşuanın çirkli paltarları onun hücumları üçün çox yaxşı fürsət verir. RƏBB kahinlərin təmizlənməsi üçün o qədər ciddi təlimatlar vermişdi (məsələn, Levililər 8:6-7; Saylar 19:7...), ki, kahinin günah ləkəsi ilə Allahın qarşısına çıxması müəyyən hökm demək olardı. Lakin sonra oxuduq ki, düşmənin toxunmağa cəsarət etdiyi kəs Allahın gözünün bəbəyi kimidir (Zəkəriyyə 2:8), «oddandan çıxarılmış bir köz» (2-ci ayə). Bu qədər ittiham olunan yazıq adamın özünü müdafiə etmək üçün heç nəyi yoxdur. Hakim Özü tam təminat vermişdir, baxmayaraq ki, eyni zamanda çirkli vəziyyətə dözmür! O deyir: «Bax, mən sənin günahını səndən götürdüm və səni başqa paltarla geyindirəcəyəm», təkcə təmiz paltarla deyil, «bayram paltarları» ilə (4-cü ayə JND tərc.; müq. Matta 22:12). Təmizlənmiş və haqq qazandırılmış Yeşua bundan sonra ikiqat məsuliyyət daşıyır: RƏBBin yollarında yerimək və ona verilən vəzifəni sadiq şəkildə yerinə yetirmək (7-ci ayə). Əziz dost, əgər Rəbbin lütfünü dadmaq istəyirsənsə, Yeşuanın yerini tutmalısan.
8-10-cu ayələr təmizlənmiş bir xalq üzərində salehliklə hökmranlıq edən Məsihi (Budanı) təqdim edir.
