İsraildəki korrupsiya hətta nazirlərə də çatmışdı, başqa sözlə, (bugünkü xristianlar kimi) davranışlarının saflığı və Allaha tamamilə ayrılmaları ilə fərqlənməli olanlara. Onlar alçalmanın ən dərinliyini təmsil edirlər. «Onlar küçələrdə tanınmırlar» (8-ci ayə). Artıq onları Yerusəlimin digər bədbəxt sakinlərindən fərqləndirən heç nə yoxdur! Gəlin özümüzə sual verək ki, dünyadakı davranışlarımız bizi Rəbbə həqiqətən ayrılmış kimi nə dərəcədə tanıtdırır.
Bəs xalqa baxmaqdan məsul olanlar, yəni peyğəmbərlər və kahinlər necə? Onlar salehlərin qanını tökmüşdülər! (13-cü ayə). Yeremiyanın təcrübəsi bunu təsdiqləyirdi (Yeremiya 26:8).
«Sonumuz yaxındır . . . sonumuz gəldi», – deyir xalqın əzab çəkənləri (18-ci ayə) «boş kömək» üçün faydasız yerə gözlədikdən və heç kimin onları xilas edə bilməyəcəyini anladıqdan sonra (17-ci ayə). İndi, bu, Allahın elan etdiyi andır: «Sənin günahının cəzası tamamlandı» (22-ci ayə; müq. Yeşaya 40:1-2). İndi cəzaya məruz qalmaq Edomun növbəsi olacaq. Həmişə belədir. Heç nəyin köməyimizə gələ bilməyəcəyi və öz gücümüzün sonuna çatdığımız aydın olduqda, Allahın suveren şəkildə müdaxilə edib bizi xilas etməsi anı gəlib çatmışdır.