Daniel digər peyğəmbərlərdən fərqlənir. Onun kitabı Qeyri-yəhudilərin dövrlərindən (Luka 21:24), yəni Babilə aparılmasından Məsihin hökmranlığı altında İsrail millətinin gələcək bərpasına qədər uzanan çox uzun bir dövrdən bəhs edir. Lakin bu Allah adamı bizə öz nümunəsi ilə də danışır. Ondan nə qədər dərs öyrənə biləcəyik!
Ən birinci dərs onun qəlbindəki bu qəti qərardır ki, özünü murdarlamayacaq (8-ci ayə). Bütpərəst hökmdarın sarayına gətirilmiş gənc bir əcnəbi olaraq, o, padşahın pəhrizinə uyğunlaşmaq üçün bir çox bəhanə tapa bilərdi (Qanunun tələblərinə zidd olaraq). Məhv olmuş Məbədin bir çox qabları Babilə gətirildikdən sonra yəhudi ibadətindən nə qaldı? (2-ci ayə). O, özü əsir deyilmiydi, padşah yeməklərindən imtina etsə, hörmətsizlik edəcəyi xüsusi bir lütfün alıcısı deyilmiydi? O, özünə və dostlarına təhlükəli diqqət çəkməyəcəkmiydi? Lakin bu iman adamı üçün nə şəxsi çətinlikləri, nə düşmən mühit, nə də yəhudi ibadətinin məhv olması Allahının Kəlamının nüfuzunu heç bir şəkildə azalda bilməzdi. Əziz dostlar, bu Kəlam bizim üçün də eyni dəyərə malikdirmi? O zaman gəlin bu gənclər kimi, «pəhrizimizdən» bədənimizi və ruhumuzu murdarlayacaq hər şeyi çıxarmağa diqqət edək (2 Korinflilərə 7:1).
